Litseydə ŞOK OLAY: müəllim şagirdi vurdu, hər ikisi məktəbdən kənarlaşdırıldı - VİDEO

Litseydə ŞOK OLAY: müəllim şagirdi vurdu, hər ikisi məktəbdən kənarlaşdırıldı - VİDEO
Cənubi Afrikada litseydə baş verən zorakılıq hadisəsi ölkənin gündəmini zəbt edib.

Sinifdə cib telefonu üstündə yaşanan insident zamanı müəllim qız şagirdə qarşı şiddət göstərib.

Hadisə Cənubi Afrikanın paytaxtı Keyptaunda yerləşən qızlar litseyində baş verib. Şagirdinin telefonla oynadığını görən qadın müəllim dərs vaxtı bunun qadağan olunduğunu deyərək tələbəsinə xəbərdalıq edib və telefonu qızın əlindən alaraq masasının üstünə qoyub. Bu zaman şagird müəlliminə nalayiq sözlər söyləyib. Bunu eşidən müəllim şagirdə sinifi tərk etməyi göstəriş verib. Yaranan münaqişə zamanı müəllim şagirdinə şillə vurub.

Bu hadisə sinifdəki başqa şagird tərəfindən telefonla çəkilib. Görüntülər sosial şəbəkədə yayılandan sonra nazirlik faktla bağlı araşdırmaya başlayıb.

Yekun qərar verilənədək şagird və müəllim litseydən kənarlaşdırılıblar.(publika)


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 911 Tarix: 10.02.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər