Balaca uşağa bənzəyir - Yaşını eşidənlər inana bilmir/ FOTOLAR

Balaca uşağa bənzəyir - Yaşını eşidənlər inana bilmir/ FOTOLAR
Böyümə hormonu çatışmazlığından dolayı uşaq kimi bir görünüşə sahib olan 41 yaşlı Fateh Gökçesuyu görən təəccüblənib qalır.

Kayseriyə 55 km uzaqlıqdakı Çəngəyə rayonunda yaşayan Gökçen illərlə böyümə ümidi ilə yaşayıb.

8 uşaqlı ailənin ən kiçiyi olan Gökçen, hipofiz vəzindən qaynaqlanan böyümə hormonu çatışmazlığından dolayı 41 yaşında olmasına baxmayaraq ,43 kilo ağırlığında və 154 santimetr boyundadır.Yaşını göstərməyən Gökçen, daimi işləyəcəyi bir işə başlayaraq həyatını qurmaq istəyir. Maraqlı hekayəsini danışan Gökçen, digər uşaqlardan kiçik göründüyü üçün məktəb həyatına 9 yaşında başladığını söyləyib.

Anadan olduqdan sonra 40 gün ərzində gözünü aça bilmədiyini və xəstəxanaya aparıldığını bildirən Gökçen, beynində şişlər olduğunu və həkimlərin bunlara müdaxilə etdiyini ailəsindən öyrəndiyini bildirib.

19 il əvvəl böyümək üçün çox çalışdığını dilə gətirən Gökçen "Kayseriye xəstəxanalara getdim, sığorta işim olmadığı üçün dərmanları vermədilər. Dərmanı vardı bu xəstəliyin, xaricdən gətirilirdi. O zaman əlimdən tutan bir dövlət yox idi. İndi əlimizdən tutan, görən bir dövlət var" deyib.

Balaca uşağa bənzəyir - Yaşını eşidənlər inana bilmir/ FOTOLAR
Balaca uşağa bənzəyir - Yaşını eşidənlər inana bilmir/ FOTOLAR
metbuat

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1375 Tarix: 10.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol