Dünyanın ən qısa evliliyi: Səbəbi hər kəsi təəccübləndirdi

Dünyanın ən qısa evliliyi: Səbəbi hər kəsi təəccübləndirdi
Küveytdə maraqlı hadisə baş verib.
Sevdiyi insanla nikaha girən qadın 3 dəqiqə sonra boşanmaq üçün məhməkəyə gedib. Belə ki, cütlük mihakın qıyıldığı məkandan çıxarkən gəlin yıxılıb. Bu zaman bəyin gəlinə “axmaq” deməsi gənc qadını hiddətləndirib. Dərhal boşanmaq üçün məhkəməyə gedən qadın bəyin bu hərəkətinin qəbuledilməz olduğunu deyərək ayrılmaq istədiyini bildirib.

Qadının hərəkəti isə sosial mediada müzakirələrə səbəb olub. Bir çox istifadəçi “əgər başdan belə davranırsa, onu tərk etmək yaxşıdır”, “hörməti olmayan evlilik, əvvəldən uğursuz bir evlilikdir” tipli şərhlər yazıb.(primetime)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1395 Tarix: 10.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol