Xərçəngi və bir çox xəstəlikləri yox edən 2000 illik MÖCÜZƏVİ VASİTƏ - Alim AÇIQLADI

Xərçəngi və bir çox xəstəlikləri yox edən 2000 illik MÖCÜZƏVİ VASİTƏ - Alim AÇIQLADITürkiyəli biokimyaçı və professor Sevgi Kolaylı antibiotik yerinə propolis istifadə etməyi məsləhət görüb.

Propolisin faydalarından bəhs edən professor onun güclü antimikrob təsirinə malik olduğunu açıqlayıb. O bildirib ki, bal arıları yeşikləri soyuq və istilik kimi hər cür təhlükədən qorunmaq üçün təbiətdən topladığı və ona propolis adı verilən bu qarışığın tərkibi çox çox zəngindir. Tərkibində olan polifenollər və komponentlər olduğunu deyən Kolaylı propolisin hər dərdə dərman olduğunu vurğulayıb:

"Propolisin antibiotik dəyəri var, bazarda 3 və ya 5 növ antibiotik var, mikroblar getdikcə bu antibiotiklərə qarşı müqavimət qazanır. Mümkündür ki, 15-20 il sonra antibiotik istifadə edilməsin. Amma propolis arılar tərəfindən təbii şəkildə hazırlanmış antibiotik olduğu üçün antibiotikləri əvəz edir. Xüsusilə meşə propolisi dünya tərəfindən qəbul edilən Braziliyanın qırmızı propolisindən daha qiymətlidir. Ancaq bu məhsul arıçılar tərəfindən kifayət qədər toplanmır".

Ekspertin sözlərinə görə, propolis bir çox tibb sahələrində istifadə olunur və xərçəng hüceyrələri böyüməsinə maneə törədir. O bildirib ki, bədənindəki sağlam hüceyrələri qoruyaraq xərçəng hüceyrələrinin inkişafını dayandıran propolisin əks təsiri demək olar ki, yoxdur.

Xüsusilə qışda yayılan qrip infeksiyalarının qarşısını almaq üçün propolis, bal və zəncəfil faydalıdır. Propolis, zəncəfil və bir neçə damcı limon və limon qabığından hazırlanan isti sirop qripə qarşı effektli vasitədir. Bundan başqa propolisin iltihab əleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri var.

Qeyd edək ki, vərəmum kimi də tanınan propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. 15-17°-də bərk, 36-38°-də yumşaq, plastik, yapışan konsistensiyalıdır. Propolisin tərkibində 50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu var.

Propolis müalicə məqsədilə ilk dəfə qədim Misirdə, sonra qədim Yunanıstanda və Romada istifadə olunub. Onun dərman xüsusiyyətləri barədə Dioskorid (b.e.ə. I əsr) "Dərman vasitələri haqqında", İbn Sina isə (980-1037-ci illər) məşhur "Həkimlik elminin qanunu" əsərində məlumat verib.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1733   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780