Rəqsanədən Xatuna CAVAB: "Gərək barışmağa üz qoyasan" – VİDEO

Rəqsanədən Xatuna CAVAB: "Gərək barışmağa üz qoyasan" – VİDEO
ARB TV-nin “Show news” proqramının növbəti müsahibi müğənni Rəqsanə İsmayılova olub.

O, həmkarı Xatun Əliyevanın barışıq jestinə münasibət bildirib:

“Tək Xatunla deyil, heç kəslə problemim yoxdur. O vaxt Xatungil özləri məni düzgün başa düşmədilər. Özləri etdilər, mənim heç bir günahım yox idi. Aydınlaşdırmağa çalışırdım, mənə qulaq asmadılar. İncimişdim. Hamımız müğənniyik, bizə yaraşan bir-birimizi görəndə salam verməkdir. Dalaşanda da elə dalaşmaq lazımdır ki, barışmağa üz qoyasan. Mənim o yaşım deyil ki, qalmaqal edəm. Yaraşmır bizə”.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 938 Tarix: 09.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol