Azərbaycanlı məşhurların şəxsi biznesləri - SİYAHI

Azərbaycanlı məşhurların şəxsi biznesləri - SİYAHILüks avtomobillər, cah-cəlallı villalar, dəbdəbəli həyatlar...

Daşdan belə pul çıxaran ulduzlar təkcə sənətlə qazanmırlar, onlar özlərini biznes sahəsində də sınayıblar. Bəziləri bunu etiraf edir, digərləri həqiqətə uyğun olmadığını vurğulayırlar.

Oxu.Az şou əhlinin hər kəsdən gizli saxladıqları bizneslərini araşdırıb.

ATV-nin məşhur siması, "Bozbaş pictures"in yaradıcılarından sayılan İlkin Həsəni təkcə aparıcılıqla pul qazanmır. O 2014-cü ildə "İlk media" şirkətini təsis edib açıb. İlkin biznesi ilə bağlı açıqlamasında deyib:

"İlk media" sırf mənə aid bir qurumdur. Burada reklam, film çəkilişləri edilir, piar işləri görülür. Öz peşəmə yaxın bir işdir".

Əməkdar artist Röya Ayxan zəngin məşhurlar sırasındadır. Şou göstərib özünə gəlirli biznes quran sənətçinin Nabranda villası var.

Röya villasının yanında istirahət üçün nəzərdə tutulmuş bir neçə kiçik ev tikdirib. Adıçəkilən mənzillər Nabrana istirahətə gələn turistlərə və ən əsası, ailəvi dincələnlərə kirayəyə verilir. İstirahət mərkəzində həmin evlərin gündəlik qiyməti 50-150 manat arasındadır.

Qeyd edək ki, Röyaya bahalı villanı toyundan sonra qayınatası, iş adamı Çingiz Cəlilov hədiyyə edib.

Bu yaxınlarda cərrah bıçağı altına uzanaraq, özünü incəldən müğənni Xatirə İslam ifaçılıqla yanaşı, şəxsi bizneslə məşğul olur.

O, xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub. Burada qiymətlər 1500 manatdan başlayır. Bu qiymətə gəlinin oturacağı yerin bəzədilməsi, xüsusi mərasim libası, səs avadanlığı, "haxışda" oxuyan ifaçı da daxildir.

Əgər könlünüzdən daha təmtəraqlı xına mərasimi keçirsə, onda bir az da xərc çəkməli olacaqsınız. Bütün məkanın bəzədilməsi, səs avadanlığı, dekor, çəkiliş qrupu və Xatirənin bir saatlıq çıxışının daxil olduğu mərasim sizə nə az, nə çox - düz 5 min manata başa gələcək. Qeyd edək ki, bu məlumat müğənninin prodüseri tərəfindən verilib.

Xına məclislərində "haxışda" oxuyan tək Xatirə deyil. Rəqqasə Fatimə Fətəliyeva da bu biznesə əl atıb.

Dekor, ansambl, çəkiliş, "haxışda" ifaçısı və Fatimənin aparıcılığı sizə iki min manata başa gələ bilər. Müştərinin istəyindən asılı olaraq, dekor dəyişdikcə qiymət də artır.

"Mon Amour"a bir çox xınayaxdı mərasimlərində rast gəlmək mümkündür. F. Fətəliyevanın şəhərin mərkəzində "Banu" adlı gözəllik salonu fəaliyyət göstərir.

Xınayaxdı biznesi Azərbaycanda o qədər gəlirli sahə sayılır ki, bu işlə məşğul olanların sayı-hesabı yoxdur.

Bu sahə ilə məşğul olan məşhurlar sırasında xərçəng xəstəliyi ilə mübarizə apararaq ona qalib gələn Əməkdar artisti Tünzalə Əliyeva, məşhur şair və qiraətçi Nazilə Səfərli, müğənnilər Xuraman Şuşalı və Rahidə Baxışova da var.

Həkim olsa da, hind rəqsləri ilə məşhurlaşan Oksana Rəsulovanın da şəxsi biznesi var. Rəqqasə "OksiMedia production"ın sahibidir. Sözügedən şirkət kliplərin, serialların və filmlərin istehsalı ilə məşğul olur. Bununla yanaşı, Oksananın rəqs məktəbi var.

Ailə həyatı qurduqdan sonra Rusiyanın Moskva şəhərinə köçüb orada müğənnilik fəaliyyətini davam etdirən Rəqsanə İsmayılovanın Moskvanın mərkəzində "Farrof palace" adlı şadlıq sarayı var. İsmayılova həmin şadlıq evində həmkarları ilə çıxış edir.

Onun böyük qızı Aysun İsmayılova öncə dizayner kimi çalışsa da, sonradan müğənnilik etməyə başlayıb.

Ruhi Əliyeva müğənnilikdən uzaqlaşıb bizneslə məşğul olmağı daha üstün tutub.

O, "Emerald" adlı lüks və yüksək keyfiyyətli zərgərlik butikinin sahibidir.

Bununla yanaşı, Ruhinin həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərən "Liatris" adlı holdinqi var.

R.Əliyeva "Liatris Holdinq" şirkətlər qrupuna aid olan "Liatris Travel" Tibbi və Səyahət Şirkətinin rəhbəridir. Bu şirkət 2018-ci ilin yanvar ayından fəaliyyətə başlayıb.

Əməkdar artist Abbas Bağırov yüksək qiymətə toy idarə edən sənətçilərdəndir. A.Bağırovun "ABA" adlı şirniyyat evi var.

Şou-biznesin məşhur əkiz bacıları Sevil və Sevincin "SS" adlı ayaqqabı butikləri var. Ötən gün isə əkizlər "Instagram" hesablarında ayaqqabı mağazası bağlandığı haqda məlumat paylaşıblar.

Onlar sosial şəbəkədə açıqlama yayaraq məkanda olan məhsulların ucuz qiymətə satışa çıxarıldığını qeyd ediblər. Qeyd edək ki, Sevil və Sevincin eyni adda dırnaq salonu və ətriyyat mağazası fəaliyyət göstərir.

Əməkdar artisti Nüşabə Ələsgərli əldə bir neçə qarpız tutan məşhurlardandır. Müğənninin şəhərdə bir neçə gözəllik salonu var.

Əməkdar artist, aktrisa Vəfa Zeynalova da gözəllik salonu işlədən sənətçilər sırasındadır. "LS" salonunun adı V.Zeynalovanın qızlarının adları ilə bağlıdır.

Bir ayağı Bakıda, bir ayağı isə Moskvada olan müğənni Xəyyam Nisanovun adını şou-biznesin ən varlı sənətçiləri arasında çəkirlər. Xəyyamın "Little Smile" adlı uşaq əyləncə mərkəzi var.

Müğənni Emil Bədəlov bir neçə çay evinin sahibidir. O, üç il öncə qızının adı ilə bağlı olan "S Group Travel" turizm şirkətini yaradıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1690   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 464
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1444
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

19.04.2024 521
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 8090
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 1934
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 426
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 734
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1190
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1416