"Nüşabə Ələsgərli sındırdığı 2500 manatlıq telefonumu almır" QALMAQAL-AÇIQLAMA-VİDEO

"Nüşabə Ələsgərli sındırdığı 2500 manatlıq telefonumu almır" QALMAQAL-AÇIQLAMA-VİDEOXəbər verdiyimiz kimi, əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib. Sənətçilərin bir-biriləri dalaşmasını tədbirdə iştirak edən stilist Samiraldo telefonu ilə lentə alıb. Bunu görən Nüşabə stilistin telefonunu əlindən alaraq yerə çırpıb. O, Samiraldonun telefonunu sındırdıqdan sonra əsəbi olduğunu və yenisini alacağını deyib. Lakin əməkdar artist sözündə durmayıb. O, stilistə tədbirdən sonra zəng edərək sındırdığı telefonun yenisini almayacağını bildirib.

Məsələ ilə bağlı olaraq stilist Samiraldo SİA açıqlama verib: "Bildiyiniz kimi, məkanların açılışında iştirak edib maddi gəlir əldə edirəm. Ötən gün gözəllik salonlarının birinin açılışında iştirak etdim. Həmin tədbirə bir neçə məşhur simalar da qatılmışdı. Onlar arasında əməkdar artist Nüşabə Ələsgərli və müğənni Afət Fərmanqızı da var idi. Nüşabə xanım Afətin günlərdir bir çox ifaçıların qınadığı "Pencu şeş" mahnısını müzakirə edirdi. O, hətta Fərmanqızına səs tonunu qaldıraraq sözügedən bəstənin sözlərini dəyişməsini inadla bildirirdi. Mən də hər bir tədbirdə etdiyim kimi məkanı lentə alıb, sosial şəbəkədə paylaşırdım. Mən açılışdan görüntüləri lentə alan zaman iki məşhur xanım bir-biriləri ilə söz davasına çıxdı. Həmin vaxt Nüşabə Ələsgərli Afət Fərmanqızı mübahisəsini çəkməyimə etirazını bildirdi. Mən də ona dedim ki, bütün açılışlarda baş verənləri lentə alıb, sosial şəbəkədə paylaşıram. Çünki məkan sahibləri ilə açılışdan öncə belə danışıb, pul qazanıram. O, bu vaxt əlimdən telefonumu alaraq yerə çırpdı. Əməkdar artist telefonumu sındırdıqdan sonra səhvini başa düşdü və tədbirdə hər kəsin gözü önündə mənə söz verdi ki, yenisini alacaq. Lakin o, dediyi sözə əməl etmədi. Belə ki, əməkdar artist mənə açılışdan sonra zəng edərək bildirdi ki, Afət xanımla davası sosial şəbəkələrdə yayılıb və həmin görüntüləri də mən paylaşmışam. Bunun üçün 2500 manat dəyəri olan telefonumu almayacaq.

Onu da deyim ki, gözəllik salonunun açılışından öncə N.Ələsgərli mənimlə dalaşmağı artıq planlaşdırmışdı. Çünki mən tədbirə gələndə o, A.Fərmanqızına pıçıldayaraq nəsə deyirdi. Afət xanım da ona bərkdən "Samiraldo bu tədbirdə bizdən hörmətli qonaqdır. Çünki onu açılışa pul verib, gətizdiriblər" deyə söylədi".

Əməkdaşımız əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızının məkan açılışında baş verən davanın yeni görüntülərini əldə edib. Videodan da bəllidir ki, Nüşabə Afətlə davasının Samiraldo tərəfindən çəkilməsinə etiraz edir.

Həmin videonu təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1722   Tarix: 08 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Deyirlər ki, verilişə gələn dərdli insanlara pis olmursan"

"Həyatı boyu ruh düşkünlüyünə düşmürəm. Allah mənə enerjini, pozitivliyi bəxş edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib. O, tamaşaçıların və ətrafındakıların ona iradından danışıb:. "Deyirlər ki, "Bizimləsən"ə gələn dərdli insanlar

14:22 89
.

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB +VİDEO

Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb. bildirir ki, mərhum sənətçi anasının yanında dəfn olunub. 16:06. Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb. bildirir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır

16:36 385
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 660
.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 703
.

Vüqar Muradov: "Cavanşir Məmmədov mənim ağsaqqalım idi"

"Cavanşir Məmmədov mənim ağsaqqalım idi". Bunu -a açıqlamasında müğənni Vüqar Muradov deyib. O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:. "Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda old

17:20 0
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 280
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 452
.

Cavanşir Məmmədovun ölüm səbəbi: "Ürəyində dörd stent var idi, əsəb yıxdı onun evini"

Əməkdar artist Cavanşir Məmmədovun vəfatından danışan Əməkdar artist Firuzə İbadovanın qızı onun ürəyində problem olduğunu vurğulayıb. O, -a açıqlamasında bildirib ki, Cavanşir Məmmədovun ürəyinə dörd ədəd stent qoyulub:. "Qəfil ürəktutmasından keçinib. İndi ora gedirik, hələ dəfn olunmayıb. Biz

14:58 0
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 6109