Əri və qardaşı şəhid olan məşhurlar - Nanə, Elariz, Nadir, Təranə...

Əri və qardaşı şəhid olan məşhurlar - Nanə, Elariz, Nadir, Təranə...Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Mübariz İbrahimov Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabiti ilə 5 saat təkbətək döyüşərək, düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, milyonlarla soydaşımızı öz doğma yurd-yuvalarından didərgin salan Ermənistanla döyüşdə ölkəmiz minlərlə şəhid verib. Onların əksəriyyəti gənclərdir.

Azxeber.com Qarabağ döyüşlərində doğmalarını itirən məşhurlarla bağlı araşdırma aparıb.

Müğənni Elariz Məmmədoğlunun qardaşı Qarabağ savaşında itkin düşüb. Müğənninin bildirdiyinə görə, qardaşı döyüş meydanında qaldığı üçün onu çıxarmaq mümkün olmayıb. İndiyə kimi bunu analarından gizlətdiyini deyən müğənni, atasının oğluna görə 14 il saqqal saxladığını bildirib.

Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 29 yaşında şəhid olub. Təhsil Nazirliyi nəzdnində Təcrübə sınaq zavodunun Baş direktoru vəzifəsində işləyən X.Quliyev könüllü olaraq cəbhəyə yollanır və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Manikli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 31 yaşında şəhid olub. Cəbrayıl rayonu Polis İdarəsi Cinayət axtarış şöbəsinin rəisi işləyən Z.Əhmədov könüllü olaraq cəbhəyə yollanıb. Nəinki Cəbrayılda, Qabarağda xüsusi nüfuza malik olan Zahid Əhmədov vicdanlı məmur olaraq ad çıxarıb. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğlu yadigarı qalıb.

Tanınmış aparıcı Nanə Ağamalıyevanın qardaşı da şəhid olub. Bununla bağlı açıqlama verən aparıcı bildirib ki, qardaşı 6 əsgər yoldaşı ilə birgə şəhid olub: "Həmin hadisə bizə çox pis təsir etdi. Qardaşim digər şəhidlər kimi şərəfli ömür yaşadı və biz onunla fəxr edirik".

Müğənni Təranə Qumralın qardaşı Firdovsi Məmmədov da Qarabağda şəhid olub. O, milli ordumuzun ilk şəhidlərindən biridir. Müğənninin bildirdiyinə görə, qardaşı yoldaşları ilə birlikdə düşmənlə saatlarla davam edən döyüşdə böyük şücaət göstərib və qəhrəmancasına şəhid olub.

Xalq şairi, mərhum Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Qarabağ döyüşlərində şəhid olub və Azərbaycanın Milli Qəhrəmanıdır. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanan T.Xəlilbəyli Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.

Müğənni Nadir Qafarzadənin yaxın qohumu Ravil Novruzov aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Bu barədə açıqlama verən müğənni bildirib ki, Ravil çox mədəni, təvazökar və vətənpərvər gənc olub: "Onun ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olması idi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4447   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104