Nişanlanma xəbərləri yalan imiş

Nişanlanma xəbərləri yalan imiş

Ötən payız aylarında ingilis mediası futbolçu Kriştian Ronaldonun sevgilisi Corcina ilə nişanlanma xəbərini yazmışdı.

Axşam.az-ın məlumatına görə, futbolçunun ona qız övladı dünyaya gətirən xanımla nişanlanmadığı ortaya çıxıb. Bu haqda Corcina "Hola" dərgisinə açıqlamasında deyib.

O bildirib ki, 34 yaşlı Ronaldo hələ də ona evlilik təklifi etməyib:

"Məmnuniyyətlə onunla ailə quraram, amma hələ başqa planlarımız var. Hamı toy istəyir, mən də eynən. Gələcəkdə Ronaldonun həyat yoldaşı olmaq möhtəşəm olar.

Atamın ölümündən sonra ağır günlər yaşadım. Kriştian onunla tanış ola bilmədi. Mənə çox dəstək oldu".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 1141 Tarix: 07.02.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər