AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya"Azərbaycan Hava Yolları" (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan edir.                    
2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimi. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur.
Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi 1 yer), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir.
İstanbul Türkiyənin ən iri şəhəri və limanıdır. Şəhər dünyanın ən məşhur turizm istiqamətlərindən biri sayılır. İstanbul müasir binaların və qədim memarlığın çox gözəl uzlaşdığı böyük meqapolisdir. Bu isə öz növbəsində yalnız burada rast gəlinən həmin bənzərsiz koloriti yaradır. İstanbul bütün dünyadan turistlər və iş adamlarının toplaşdığı böyük ticarət limanıdır. 
Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, habelə saytında vəaviaşirkətin rəsmi agentliklərində əldə etmək olar. 
Aksiya çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin  saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə  keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.
Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) 
E-mail:
AZAL Miles bonus proqramına dair sualları  ünvanına, yaxud   saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1006   Tarix: 31 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısında

Bakı şəhəri UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin "dizayn" tematikası üzrə siyahıya salınıb

05.11.2019 4076
.

Antalya turist vergisinə "yox" dedi

Türkiyənin Antalya əyalətinin səlahiyyətliləri bu şəhərin merinin turist vergisinin tətbiqi təklifinə qarşı çıxıblar. Rusiya Turoperatorları Assosiasiyasının (ATOA) məlumatına görə, iyul ayının əvvəlində Antalya meri Mühiddin Böcek bəyan edib ki, türk kurortuna şəhər infrastrukturunun dəstəklənməsi üçü

29.07.2019 3546
.

Azərbaycanda turizm sahəsi üzrə yeni qurum yaradılıb

Azərbaycanda turizm sahəsi üzrə yeni qurum - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yaradılıb. Trend-in məlumatına görə, Assosiyasının sədri Rüfət Hacıyev bildirib ki, yeni ictimai qurumun yaradılmasında məqsəd sahibkarlar və dövlət qurumları arasında sıx əlaqələr formalaşdırmaq və möhkəm körp

27.06.2019 4153
.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"

"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var

27.06.2019 2583
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306