Həyat yoldaşı futbolçunun FETÖ-çü olduğunu iddia edir

Həyat yoldaşı futbolçunun FETÖ-çü olduğunu iddia edirTürkiyə milli komandasının sabiq futbolçusu Emre Aşık FETÖ terror təşkilatının üzvüdür.

BiG.AZ "report"a istinadən xəbər verir ki, belə bir iddia ilə keçmiş müdafiəçinin həyat yoldaşı Yağmur Aşık çıxış edib. Y.Aşık ərinin 2018-ci il dekabrın 5-də həmin təşkilata üzv olduğunu Taksim Polis Mərkəzinə bildirib. Lakin iddiaçı qismində çıxış etmək istəməyən xanım polis mərkəzindən ayrılıb. Y.Aşıkın bu addımı hüquq-mühafizə orqanı tərəfindən qeyd olunaraq İstanbul Cümhuriyyet Baş Prokurorluğuna göndərilib. Emre Aşıkın FETÖ üzvü olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma başlayıb.

E.Aşık və həyat yoldaşı 2018-ci il noyabrın 12-də İstanbul Ailə Məhkəməsinə müraciət edərək razılıq əsasında boşanmaq istədiklərini bildiriblər. Lakin bir müddət sonra Y.Aşık razılaşmalı olaraq boşanmaqdan imtina etdiyini və protokolu azad iradəsi ilə imzalamadığını bildirərək növbəti dəfə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Emre Aşık 1993 - 2010 illərdə Türkiyə millisində çıxış edib. Ölkəsində "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandaların formasını geyinmiş sabiq müdafiəçi 2002-ci ildə Türkiyə yığması ilə dünya üçüncüsü, 2008-ci ildə isə Avropa üçüncüsü olub. O, 2000-ci ildə "Qalatasaray"ın heyətində UEFA Super Kubokunu da qazanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1116   Tarix: 28 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912