Qadın alverinə görə həbs edilən Təranə Səmədovadan xəbər var

Qadın alverinə görə həbs edilən Təranə Səmədovadan xəbər var
İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsində çıxarılan qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, işə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

T.Səmədova barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. Prodüser Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməmişdi.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 969 Tarix: 25.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər