"Uşaq nikahları qeydə alınan siyahıda Bakı kəndləri birinci yerdədir" - Elgün Səfərovla Müsahibə

"Uşaq nikahları qeydə alınan siyahıda Bakı kəndləri birinci yerdədir" - Elgün Səfərovla MüsahibəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov BiG.AZ saytının suallarını cavablandırıb.

- Elgün bəy, ilk sualım ölkədə durmadan sayı artan boşanma halları ilə bağlıdır. 2018-ci ilin ilk 8 ayında 9877 boşanma halları qeydə alınıb. Bu gün boşanmaların sayının durmadan artmasının səbəbləri nələrdir?

- Hazırda dünya təcrübəsində ölkələrin əksəriyyətində, xüsusilə də inkişaf etmiş dövlətlərdə boşanma halları artıb. Türkiyədə 28, ABŞ-da 70-75, Almaniya, Fransada 35 faizi keçib. Təəssüf ki, Azərbaycanda da boşanma hallarının sayı çoxalıb. Son 3 ildə boşanma halları 14 mini keçib (24%). Rəsmi səbəblərdən danışan zaman ilk olaraq xasiyyətlərin uyğun gəlməməsi bildirilir. Təxminən 7000-7500 ailə nikahı pozan zamanı bu səbəbi göstərib. Digər səbəblərə isə məşiət zorakılığı, sonsuzluq, narkotik və spirtli içkinin istifadə edilməsi və s. təşkil edir. Bizim araşdırmalarımıza görə isə məişət zorakılığı, ailə münaqişələri, sonsuzluq çox aktual problemlərdəndir. Xasiyyətlərin uyğun olmaması və spirtli içkilərdən istifadə 3-4 səbəb kimi göstərilə bilər. İnternet resurslarından asılılıq ilk onluğa daxil olan səbəblərdəndir. Daha sonra isə valideynlərin, qohum və qonşuların ailəyə mənfi təsiri də boşanmalara gətirib çıxara bilir. Bu məsələlərin mərkəzində cəmiyyətdə formalaşmış stereotiplər durur.

- Elgün bəy, bilirik ki, cütlüklər nikaha girməmişdən öncə müəyyən tibbi yoxlanışdan keçir, qan analizləri verirlər. Bu qan analizləri ilə birlikdə cütlüklərin həm də ailə-psixoloji testlərdən də keçməkləri düzgün olmazdımı?

- Bu gözəl təklifdir. Bununla bağlı artıq müzakirələr də aparılıb. Gənclərin tibbi yoxlanışla yanaşı, həm də psixoloji testlərdən də keçməkləri vacib amillərdəndir. Bəzi dövlətlərdə bu sistem mövcuddur. Əgər vətəndaşlar razıdırlarsa, psixoloji qiymətləndirmədən keçirlər. Psixoloq insanların xarakterlərini və mənəvi problemləri üzə çıxarır. Bununla da cütlüklər xasiyyətcə bir-birilərinə uyğun olub-olmamağı və gələcəkdə uzun müddət birlikdə yaşayıb-yaşamayacaqlarını öyrənə bilərlər. Azərbaycanda da bunun qəbul edilməsi planlaşdırılır. Amma hazırda komitə tərəfindən ailə strategiyasının layihəsi hazırlanıb. Bundan əlavə Məşiət zorakılığı və gender bərabərliyi ilə bağlı milli fəaliyyət planlarının layihələri hazırlanıb. 2019-cu ildə bu sənədlərin qəbul edilməsini gözləyirik. Bu sənədlərin qəbulu boşanmalara gətirib çıxaracaq səbəblərlə mübarizəni gücləndirəcək. Bundan əlavə gender bərabərliyinin təmin edilməsi, ailə institutunun möhkəmləndirilməsi və məşiət zorakılıqlarına dair vacib addımların atılmasına imkan verəcək.

- Bəs nikah müqavilələri də bu qanunlara əlavə ediləcəkmi?

-Nikah müqavilələri iki formatdadır. Azərbaycanda ailə quran gənclərdən yalnız 1 faizdən aşağısı nikah müqaviləsini imzalayır. Nikah müqavilələri könüllü olmalıdır. Məcburi şəkildə vətəndaşlara qəbul etdirmək olmaz. Bu gün də ailə quran gənclərə nikah müqaviləsi təklif edilir. Nikah müqaviləsinin sayının çoxalması ailədə əmlak və maddi problemlərin aradan qaldırılmasına səbəb olacaq.

- Son dövrlər xəyanətə görə qadınlara müxtəlif işgəncə verib, onları videoya çəkirlər. Maraqlısı odur ki, bunu edənlər bəzən həmin qadınların həyat yoldaşlarıdır. Həm də bu videoların yayılması o ailədə böyüyən uşaqlar üçün böyük tramvadır. Bu cür videoların sosial şəbəkələrdə və mətbuatda yayılması haqda nə deyə bilərdiniz

- Hazırda cəmiyyətdə Azərbaycan ailəsinə dair böyük təsirlər var. Sanki Azərbaycan ailəsi sosial şəbəkələrdə, media və televiziyalarda yayımlanan formadadır. Qadının başı qırxılır, zorakılğa məruz qalır, oğru çıxarılır və s. İlk öncə zorakılığı törədən şəxs məsuliyyətə cəlb olunmalıdır. Zorakılığa məruz qalan şəxsə isə müəyyən psixoloji yardımlar edilməlidir. Oğru kişi və ya qadın ola bilər. Bunu cinsiyyətə görə ayırmaq düzgün deyil. Bu gün mənfi xarakterli xəbərlərin formalaşması cəmiyyətdə digər sağlam ailələrə də öz təsirini göstərir. Ona görə də müsbət Azərbaycan ailə nümunələrinin göstərilməsi vacibdir. Bizim veb saytımızda hər regiondan müsbət ailə nümunələri mövcuddur, hansı ki, 60-70 il bir yerdə yaşayırlar. Nəvə və nəticəyə sahib böyük xoşbəxt ailədirlər. Hər il regionlarda fəxr ediləsi nümunəvi ailələrlə bağlı kampaniyalar aparılır. Gündəlik qloballaşan ərəfədə internet resurslarında yararlı məlumatlarla yanaşı mənfi informasiyalar da verilir. Ona görə də burada vacib tədbirlər görülməlidir ki, mənfi məlumatlarla mübarizə aparılsın. Eyni zamanda biz gender bərabərliyi məsələsini yaddan çıxarmamalıyıq. Bəzi adət-ənənələrdə qadın hüquqlarının pozulması əks oluna bilər. Çox gözəl bir haldır ki, Azərbaycanda bu cür adət-ənənələr yoxdur. Gender bərabərliyinin təmin edilməsi, qadına seçim hüququnun verilməsi ailə təməlini gücləndirir.

Qadının təhsil alıb işləməsi, cəmiyyətdə bərabər hüquqlu şəxs kimi təmsil edilməsi digər problemlərin yaşanmasını aradan qaldırır. Bununla bağlı gözəl nümunələr var. Bizim QHT-lər, dövlət orqanları, BMT-nin İnkişaf Fondu və digər təşkilatlarla bir yerdə gözəl layihələrimiz olub. Qadınlarımız kiçik və orta sahibkarlığa cəlb ediliblər. Bu gün onlar neçə illərdir ki, ailə büdcəsinə kömək edirlər. Ümumillikdə Şərqdə qadınlarımız hər sahədə birinci olublar. Bu gün Azərbaycanda qadınlar aparıcı qüvvədir. Hər iki cinsin nümayəndələrin təhsil alması ilə bağlı maarifləndirmə işlərin gücləndirilməlidir. 2019-cu ildə biz ailə, uşaq portallarının yaradılmasını planlaşdırırıq. Burada Dövlət Komitəsinin deyil, bütün dövlət orqanların, QHT və sadə vətəndaşların cəlb edilməsi vacibdir. Sadə vətəndaşların ailə təməli barəsində maarifləndirici yazıların yerləşdirməsi müsbət inkişafa gətirib çıxara bilər.

- Mətbuatda və sosial şəbəkələrdə qadının zorakılığa məruz qalması ilə bağlı videoların yayılması o ailədə böyüyən uşaqlara da mənfi təsir göstərir. O videoları yayan şəxslər barəsində hansı cəza tətbiq eilməlidir ki, bu cür halların sayı çoxalmasın?

- Xəyanət və zorakılıq hallarını özündə birləşdirən videolarını sosial şəbəkədə yayan şəxsləri inzibati məsuliyyətə cəlb edilə bilərlər. Çünki onlar vətəndaşa qarşı zorakılıq törədir, daha sonra cəmiyyətə onun şəxsi həyatı barəsində məlumat verirlər. Məhkəmə prosesi zamanı həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məsələ qaldırıla bilər. Dövlət Komitəsi tərəfindən bütün media orqanlarına çağırış edilir ki, məlumat verilən zaman qadının və zorakılıq edən şəxsin üzü gizlədilməlidir. Vətəndaşın adı-soyadı, hansı regiondan olduğu deyilməməlidir. Biz vətəndaşı qorumalıyıq. Burada xəyanətdən söhbət getmir. Bu, bütün zorakılıqlara aid edilir. Media bütün sadaladıqlarımızı açıq şəkildə göstərirsə, artıq vətəndaşın hüququnu pozur. Biz bunun qarşısını almaq üçün beynəlxalq təlimlər də keçirik. Hazırda 23-25 yanvar tarixlərində Avropa Şurası ilə birgə yeni təlimlər keçirilir. Mediada zorakılığa məruz qalan qadınlarla bağlı informasiyalar hansı şəkildə verilməldir. Yalnız zorakılıqla bağlı informasiya verilməlidir, yoxsa əlavə araşdırmalar da aparılmalıdır. Araşdırmalar zamanı kimlərin mövqeyini öyrənməlidir? Bütün bunlar haqqında müzakirələr aparılır. İlk öncə qazanılan reytinq deyil, vətəndaş hüquqları düşünülməlidir. Peşəkar jurnalist çalışılmalıdır ki, əsaslı və araşdırma xarakterli materialları ortaya qoyulsun.

- Son dövrlər mətbuatda və televiziyalarda qızların təhsildən yayındırılaraq erkən nikaha cəlb edilməkləri ilə bağlı informasiyalar çoxluq təşkil edir. Bu istiqamətdə sizin komitə tərəfindən hansı işlər görülür?

- Azərbaycan Respublikasında uşaq nikahları qeyri-qanuni hesab edilir. Yalnız bir yaş aşağı salına bilər. 2012-ci illə müqayisədə uşaq nikahların sayı Azərbaycanda 10 dəfə aşağı düşüb. Əvvəllər ildə 5500 uşaq nikahı qeydə alınırdısa, bu gün 400-550 civarında olur. Düzdür, bu məsələ mətbuatda geniş işıqlandırılır. Bu da məqsədəuyğundur. Əlbəttə, bu zaman uşağın adı, yaşadığı rayon gizlədilməlidir. Sadəcə problem kimi mətbuatda qaldırılmalıdır. Yetkinlik yaşına çatmayanları məcburi nikaha cəlb edənlər 4000 manata qədər cərimə və 4 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Hətta bununla bağlı cəzalandırılanlar da var. 2016- 2017-ci illərdə bununla bağlı məhkəmə işləri var idi. Hansı rayonda bununla bağlı cəzalananlar olursa, həmin bölgədə erkən nikaha cəlb edilməsi halları 10 dəfə azalır. Bu da təqdirəlayiqdir. Bununla bağlı hətta bir çox ölkələr bizimlə ikitərəfli müqavilə bağlayıb. Türkiyə, İordaniya, Belarusiya və digər ölkələr bizim praktikadan yararlanır. Bu gün uşaq nikahları 400-550 civarındadır. Həmin faktlarla bağlı mübarizə gücləndirilməlidir. Burada ailə psixoloqlarının cəlb edilməsi önəmlidir. Təbii ki, ilk məsuliyyət daşıyan valideynlərdir. Hətta 3 uşaqla evdən qovulan qadınlar bizə müraciət edib. O qadınlar uşaqları ilə birlikdə reabilitasiyadan keçdikdən sonra onları sığınacaqlara yerləşdirmişik. Amma biz çalışmalıyıq ki, bu hallar miniumum həddə olsun. Uşaq nikahlarının və qeyri-rəsmi nikahların qarşısı alınmalıdır. Rəsmi nikah gələcəkdə aliment, əmlak, qeydiyyata düşmək kimi problemlərin yaşamasının qarşısını alır. Biz çağırış edirik ki, gələcəkdə hər hansı bir problem yaşamasınlar deyə nikahlarını rəsmiləşdirsinlər.

- Hansı bölgələrdə uşaq nikahları daha çoxdur?

- 10 il bundan öncə uşaq nikahları daha çox cənub bölgəsində qeydə alınırdı. Lakin bu gün statistikada müsbət irəliləyişlər var. Hazırda ilk yerləri Şəki, Goranboy və Bakı kəndləri tutur. Ona görə də bu bölgələrə xüsusilə də Bakı kəndlərinə diqqəti artırmalıyıq.

- Bəzən qızlar valideynləri tərəfindən məcbur edildikləri üçün erkən nikahlara razılıq verirlər. Bu könülülük məsələsinə yenidən baxmaq olarmı?

-Bununla bağlı qanunvericikdə müəyyən addımlar atılmağa başlanılıb. Onlar cinayət məsuliyyəti daşıyırlar. Təbii ki, bu barədə sosial şəbəkələrdə, media və televiziyada maarifləndirmə işləri gücləndirilməlidir ki, valideynlər bu addımı atmasın. Ali təhsil almış qız gələcəkdə sağlam Azərbaycan vətəndaşını böyüdə bilər. Ona görə qızlarımızın ailə təhsil alması vacibdir. Gələcəkdə təhsil almış qızlar həm ailə büdcəsinə öz töhfəsini verə bilər həm də öhtəliklərini lazımı şəkildə yerinə yetirə bilər.

- Bu məsələdə məktəblərin və yerli icra orqanlarında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzərinə hansı məsuliyyət düşür?

-Təhsildən yayınma faktı olan zaman yaşayış yeri üzrə Daxili İşlər Nazirliyinin müvafiq şöbələrinə məlumatlar təqdim edilməlidir. Ailə ilə yerli icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya işlər aparmalıdır. Ehtiyac yaranarsa psixoloji yardımlar edilməlidir. Bizə məlumat gələrsə ki, belə bir problem var. Biz operativ olaraq lazım olan tədbirləri görür, həmin ailələrlə işlər aparırıq. Hüquqi, psixoloji yardımlar edirik.

İnternet resursları inkişaf etdikçə və uşaqların qadjetlərdən açıq istifadə etdikçə məktəbdə və ailələrdə problemlər artır. Filtr və preventiv proqram təminatları istifadə edilməlidir. Çoxalan problemlər içərisində sosial şəbəkələrdəki saxta səhifələrdən uşaqlara olan təzyiqlər mühüm rol oynayır. Bu məsələ ilə bağlı uşaqlar üçün xüsusi proqram təminatı yaratdıq. Bu proqram yetkinlik yaşına çatmayan şəxslərin kiber təhlükəsizliyinin təmin edilməsinə imkan verir. Artıq 11 min ailədə bu proqram istifadə edilir. Valideyn bu proqramı telefonuna yazdırıb, övladının hazırda harda olması ilə bağlı məlumat ala bilər.

Uşaq nikahlarının qarşısının alınması, təhsildən yayınma və valideynlərin öz hüququndan istifadə etməsi və məşiət zorakılığı ilə mübarizədə təhsilin çox böyük rolu var. Problemlər dəyişdikcə qanunvericilikdə dəyişir. Təhsil sistemi də təkmilləşdirilməlidir. Yeni texnologiyalar tətbiq edilməlidir. Hətta elə məktəblər var ki, smart ekranlar gətirilib. Bunun bütün respubilka üzrə təmin edilməsinə ehtiyac var. Hüquq mühafizə orqanları tərəfindən kəndlərdə qızlarını təhsildən yayındıran valideynlər cəzalandırılmalı və cərimələnməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə 15 yaşına çatmış uşaqlar işləyə bilər. Amma sağlamlığına, təhsilinə zərər vurmamalıdır. Bundan əlavə psixoloji məqamlar nəzərə alınmalıdır. Uşağı məşğulluğa cəlb edən zaman da onun hüquqları qorunmaldır.
"Uşaq nikahları qeydə alınan siyahıda Bakı kəndləri birinci yerdədir" - Elgün Səfərovla Müsahibə- Son dövrlər şagirdi ilə evlənən və şagirdlərini zorlayan müəllimlərlə bağlı mətbuatda xəbərlər yayıldı. Övladı yaşında bir uşağa nəfs salan müəllimlərin məktəbdə dərs deməsi hansı məntiqə sıxır?

- 20 il öncə bu problemlər aktual olub. Belə ki, 6, 7 və 8-ci sinif şagirdlərin ailə qurması problemi gündəmdə olub. Düzdür, bu problem bugünki kimi mətbuatda aktiv işıqlandırılmırdı. Amma bu problemlər bu gün aradan qaldırılıb. Bu gün uşaq nikahları barəsində danışılanda 16-17 yaşlı qızlardan danışılır. 99 faiz hallarda uşaq nikahların qarşısı komitə, hüquq mühafizə orqanları və yerli icra orqanları tərəfindən qarşısı alınır. On minlərlə məşiət zorakılığın və uşaq nikahlarının qarşısı alınıb. Uşaq nikahın və məşiət zorakılığı dünyanın hər bir ölkəsində var. Ancaq sayda çox böyük fərq var. Azərbaycanda ailə siyasətinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Təbii ki, bu gender bərabərliyi əsasında aparılır.

- Zorlanan uşaqların cəmiyyətə adaptasiyası necə aparılmalıdır?

-Uşağın gözü qarşısında hər hansı məşiət zorakılığı baş verirsə o, psixoloji tamva alır. Təbii ki, bu zorakılıq faktların qarşısı alınmalıdır. Çünki valideynlər bir müddətdən aralarındakı problemi həll edirlər. Amma baş verənlər uşaqların beynində qalır. Bu da gələcəkdə uşağın təhsilində, psixologiyasında, fiziki inkişafında problemlər çıxır. Ona görə də valideynlər bir-birinə münasibətdə, müraciətdə diqqətli olmalıdır. Həmin uşaqlara psixoloji yardım edilməli və ailə üzvləri ilə söhbətlər aparılmalıdır. Valideynlər uşaqları ilə tez-tez ünsiyətdə olmalıdır. Uşağa sevgi göstərməlidirlər. Ən önəmlisi isə ailə üzvləri ilə birlikdə hansısa işlər görülməlidir. Nümunə üçün ailə üzvləri ilə kitabxanaya getmələri və ya idmanla məşğul olmaları psixoloji baryerlərin aradan qaldırılmasına yardım ola bilər. Uşağın maraqlarına və seçiminə uyğun birgə oyunlar oynamaq, kitab oxumaq və diqər işlərlə məşğulolmaq vacibdi. Bu uşağın fiziki inkişafına da müsbət təsir edir.

-Zorlanmaya məruz qalan uşaqların televiziyada və mətbuatda açıq verilməsi nə qədər doğrudur?

-Vətəndaşın şəxsi həyatı ilə bağlı məlumatın verənlər inzibati məsuliyyətə cəlb edilə bilər. Hətta cərimələr də tətbiq edilir. Bu cür məlumatları verən şəxslər bilməlidir ki, insan hüquqlarını pozurlar. Həmin şəxslərə biz yardım etsək belə yenə də onlara qarşı cəmiyyətdə gələcəkdə qınaq olur. Mətbuatda vətəndaşın adı, soyadı, üzü, bölgəsi, cizgiləri və saç rəngi düzgün verilməməlidir. Biz çağırış edirik ki, mətbuatda hansısa bir zorakılıqla bağlı informasiya verən zaman həmin şəxslər barəsində məlumat və şəkillərini verməyin. Bu məlumatlar sizə reytinq verə bilər. Amma verdiyiniz xəbər həmin şəxsin intiharına səbəb ola bilər.

-2015-ci ildə məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Bu günə kimi o banka neçə fakt daxil olub?

- 2016-cı ildə təxminən 800-900 cinayət və inzibati işlər əks edilmişdi. 2017-ci ilin oktaybarın 4-də elektron məlumat bankının təqdimatı keçirildi. Bu birbaşa imkan verir ki, bölgələrdə və kəndlərdə elektron olaraq məlumatlarını yerləşdirilsin. Bu həm də vaxt itkisinin qarşısını alır.

-Azərbaycanda övladlığa uşaq götürmənin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bir uşağı övladlığa götürmək üçün nə qədər pul lazım olur?

- Milli qanunvericiliyə əsasən uşağı övladlığa götürülən zaman pul tələb edilməsi faktı təsdiq edilsə vətəndaş cinayət məsuliyyətinə cəlb edilməlidir. Əgər pul alınırsa artıq bu insan alveridir. Həmin vətəndaşlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Övladlığa götürməklə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə yeni sistem yaradılıb. O, qərara uyğun olaraq yeni format üzərində işlər aparılır. Yəqin ki, prosseslər dəyişiləcək. Uşaq övladlığa yalnız məhkəmə yolu ilə verilə bilər. Məhkəmə qərarı olmadan uşaq övladlığa verilə bilməz. Bununla bağlı hansısa qeyri-qanuni hərəkətlər olsa dövlət komitəsinə məlumatlar çatdırılır. Biz bununla bağlı müvafiq addımlar atmışıq. Övladlığa götürmə ilə bağlı qanunla hansısa məbləğ təyin edilməyib. Uşaq götürmə prosesi tam şəkildə pulsuz və şəffaf şəkildə aparılmalıdır. Övladlığa götürmə prosesinin əsas məqsədi uşağın marağının nəzərə alınmasıdır və ailə həuyatı ilə təmin edilməsidir.

-Kimlər övladlığa uşaq götürə bilər?

-Övladlığa götürən şəxslə uşağın arasında 16 yaş fərq olmalıdır. Daha çox iki valideyn tərəfindən uşağın övladlığa götürülməsi məqsədə uyğundur. Lakin bir valideyn tərəfindən də uşaq övladlığa götürülə bilər. Uşaq övladlığa götürülən zaman yaşayış yeri üzrə arayış, şəxsin əmlakı, qazancı, sağlamlığı ilə bağlı sənədlər təqdim etməlidir.

-Övladlığa götürülən uşaqların həqiqətən o ailədə normal şəkildə böyüməsi barəsində necə məlumat əldə edilir?

-Bununla bağlı qanunverilcilik dəyişib. Amma 2018-ci ilin son aylarına gədər xaricdə övladlığa götürülən uşaqlar barəsində 3 il ərzində hər 6 aydan bir video görüntülər, təhsili və sağlamlığı barəsində həmin ölkənin dövlət orqanlarının təsdiq etdiyi arayışlar təqdim edilirdi. Azərbaycanda övladlığa götürən uşaqlar isə yerli icra hakimiyyətinin qəyyumluq komissiyalarının nəzarəti altında idi.

-Bilirsiniz ki, uşaq evlərində böyüyən uşaqlar 18 yaşında oranı tərk edirlər. Sizin komitə tərəfindən onların sonrakı həyatı izlənilirmi? Onların yaşayış yeri və ya işlə təmin edilməsi istiqamətində hansı işlər görülür?

- Onlar bir başa Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarəti altındadırlar. Onların yaşayış yeri ilə təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırması istiqamətində çox böyük işlər aparılır. Bu addımlar çox az ölkələrdə atılır. Azərbaycanda internat məktəblərindən çıxan uşaqlara ayrıca mənzilin verilməsi həyata keçirilir. Artıq 5 ildir ki, bu praktikadan istifadə edilir. Biz bu məqamlardan danışan zaman qeyd etməliyik ki, 18 yaşına çatan şəxslərin məşğulluğa cəlb edilməsi vacibdir. Dövlət Komitəsi illərdir ki, həmin gənclərə peşə, komputer və dil kursları təşkil edib. Həmin uşaqların bir çoxu ali məktəblərə daxil olublar. Bizim gözləntilərimiz çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi bu istiqamətində bu istiqamətdə gördüyü işləri artıracaq. Onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. İlk öncə çalışmalıyıq ki, internat məktəblərində uşaqların sayı az olsun. İnternat məktəbində böyüyən uşaqların da sağlam vətəndaş kimi formalaşması üçün əlimizdən gələni etməliyik.

-Son dövrlər komitəyə daha çox hansı problemlərlə bağlı müraciət edilir?

-Son iki il ərzində ən çox müraciətlər məhkəmə qərarlarının icrası ilə bağlı olub. Alimentin ödənilməməsi, əmlakın bölünməsi, uşaqların qəyyumluğu ilə bağlı məsələlər çox böyük problemlərdir. Bu işdə ailə psixoloqları cəlb edilməlidir, əsaslı maarifləndirmə işləri aparılmaldır. Hazırda məhkəmələrdə uşaq hüquqları və gender bərabərliyi məsələsi çox yüksək şəkildə qorunur.

-Qadınların və uşaqların hüquqlarını qoruyan QHT-lərin fəaliyyətini necə qiymətləndirirsiniz?

-Hazırda Azərbaycanda 300-dən çox qadın QHT-ləri fəaliyyət göstərir. Bu da o deməkdir ki, son 5 il ərzində qadın QHT-lərin sayı iki dəfə çoxalıb. Bundan əlavə Azərbaycanda 350-dən çox uşaq hüquqlarını qoruyan QHT fəaliyyət göstərir. Bu göstərir ki, bu sahədə QHT-lərin fəaliyyəti daha da gücləndirilir. Bizim məqsədimiz odur ki, bu QHT-lərin sayı regionlarda da çoxalsın.
Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1156   Tarix: 28 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568