ARB əməkdaşları ailə faciənin qarşısını aldı - FOTO

ARB əməkdaşları ailə faciənin qarşısını aldı - FOTOARB TV-nin "Çıxış yolu" proqramının çəkiliş qrupu bir ailə faciəsinin qarşısını alıb.

Belə ki, rayonların birindən çəkilişdən qayıdan əməkdaşlar yolda qəzaya düşmüş maşınla qarşılaşıb. Köməksiz qalan ailə üzvlərinə yardım edən komanda, ağır yaralı olan şəxsi ARB telekanalının avtomobilinə yerləşdirərək dərhal xəstəxanaya çatdırıb.

Hadisədən bir az sonra ailə "İnstagram" sosial şəbəkəsindən hər şeyin yaxşı olduğunu yazaraq, televiziyaya və "Çıxış yolu" komandasına öz təşəkkürünü bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1952   Tarix: 23 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş