10 qazanc növü olan sosial şəbəkə - ONMA

10 qazanc növü olan sosial şəbəkə - ONMAAzərbaycanda yeni biznes modelində sosial şəbəkə fəaliyyətə başlayıb. 10 qazanc növü olan bu sosial şəbəkə haqda ətraflı aşağıdakı təqdimatda:
#ONMA nədir?

Akademiyamız "Online Network Marketing Academy" qısaca olaraq ONMA adlanır və 2017- ci ilin 1 Aprelində bir qrup azərbaycanlı, türk, qazax, gürcü, rus və ukraynalı mütəxəsisin təşəbbüsü ilə yaradılıb. ONMA- nın əsas məqsədi internet dünyasında baş verən yenilikləri araşdırıb, bununla bağlı insanların maariflənməsinə və daha faydalı şəkildə fəaliyyət göstərməsinə vasitəçi olmaqdır.
Yarandığı gündən ONMA komandası silsilə şəklində maarifləndici xarakter daşıyan təlim, seminar, vebinar, konfrans və s. təşkil ediblər. 2017- ci ilin 17 Noyabrında Azərbaycanda, Bakı şəhərində rəsmi olaraq, dövlət qeydiyyatına alınan şirkətin tam rəsmi adı "ONMA Line Consulting " MMC adlanır. MMC- nin rəsmi profili araşdırma, təlim və tövsiyədir. ONMA- nın təsisçisi və ideya rəhbəri Blokçeyn texnologiyası üzrə ekspert, təlimçi və yazar Qurbanəli Ömərdir.

"ONMA Qapalı Sosial Şəbəkəsi"
Öyrən, öyrət və qazan!

ONMA.IO - əsas profili onlayn təlim- tədris olan, reklama görə öz kriptovalyutası (ONMA token) ilə referal bonuslar verən və sırf biznes üçün nəzərdə tutulan sosial şəbəkədir. Başqa cür desək, ONMA onlayn tədrislə məşğul olub, gəlir əldə etmək istəyən şəxsləri netvork konsultantlar (reklamçılar) vasitəsilə tələbə, yatırımçı və müştərilərlə əlaqələndirən sistemdir.
ONMA sosial şəbəkə layihəsi şirkətin özək və həmçinin, ilk rəsmi onlayn platformasıdır. Bu sistemin üzərində onlayn təlim- tədris başda olmaqla, 10 bir- birinə bağlı platforma fəaliyyət göstərəcəkdir.
Onlayn təlim- tədris şəbəkəsi əsasən öyrənmək, öyrənə- öyrənə öyrətmək və buradakı fəaliyyətindən pul qazanmaq istəyən ziyalı auditoriya üçün nəzərdə tutulub. Platformanın yaradılmasında əsas məqsəd təlim- tədris işçilərinin, konsultantların, psixoloqların, jurnalistlərin, reklamçıların, dizaynerlərin, şəbəkə marketinqi ilə məşğul olan şəxslərin, yatırımçıların, traderlərin və bir sözlə onlayn çalışa biləcək bütün ixtisaslı kadrların şəbəkələşməsini təmin etməkdir. Sistemin hazırda 4 əsas üstünlüyü var : onlayn təlim- tədris şəbəkəsi, referal (tövsiyə) marketinq, ödənişsiz reklam və kriptovalyuta.
Onlayn təlim- tədris (satış) gəliri:
Saytda öz bilik və bacarıqlarını başqalarına öyrətmək istəyən müəllimlər çox asanlıqla (evdən ayrılmadan) böyük bir auditoriyaya sahib tələbələrə, tələbələr isə çox savadlı və təcrübəli müəllimlərə (bütün profillərin divarı dəyərləndirmə, eyni zamanda rəy üçün açıq olacaq və buna görə reytinq cədvəli formalaşacaq) çıxış imkanı əldə edəcək, həm də bu dərsləri daha ucuzdan almış olacaqlar. Başqa cür yanaşsaq, bu şəbəkədə olan hər kəs ödənişli və ödənişsiz paylaşımlar edərək, bir növ öz bilik və təcrübələrini "barter" etmiş olacaq. Tələbələr istədikləri müəllimi tapıb, onun vebinarlarına, intelektual oyunlarına, debat, mühazirə və fərdi onlayn kurslarına qatıla, konsultasiyalarında iştirak edə və istədiklərini çox rahat bir şəkildə (evdən, ofisdən ayrılmadan) və ən yüksək səviyyədə öyrənə biləcəklər. Onların buradakı canlı yayımları öncədən ödəniş edib, vebinarlarda iştirak etmək, videodərsləri, elektron və audio kitabları, testləri, məqalələri, xəbərləri, foto materialları və s. almaq imkanları olacaq. Müəllimlər, təlimçilər, imtahangötürənlər, imtahanverənlər, xaricdə təhsil almaq istəyənlər və ya bu işlə fərdi qaydada məşğul olanlar, konsultantlar, mütəxəssislər və başqaları isə sistemin verdiyi imkanlardan istifadə edərək, çox rahatlıqla həm öz auditoriyalarına, həm də sistemin digər üzvlərinə xidmət göstərə biləcəklər. Sistemdə daha çox alıcı olduğundan xidmət və məhsulların qiymətinin aşağı olması həm satıcıya (müəllim, konsultant və s.), həm də alıcıya (öyrənən şəxsə) sərfəli olacaq. Satıcı tərəfə satdığı məhsul və ya xidmətə görə ümumi məbləğin 70%- i dərhal ödənilir. Bir daha qeyd edək ki, buradan tələbələr, iş adamları, hüquqşunaslar, yazarlar, incəsənətçilər, tərcüməçilər, menecerlər, iş axtaran mütəxəsislər, ideya müəllifləri, kriptovalyutalar ilə maraqlanan insanlar və digərləri çox rahatlıqla faydalana biləcəklər.
Reklam və referal gəliri:
Sistem qapalı biznes portalıdır və qeydiyyat əsasən içəridən dəvətlə mümkündür. Şəbəkənin verdiyi imkanlardan geniş şəkildə yararlanmaq üçün üzv olduqdan sonra, abunəçi paketlərindən birini almaq lazımdır. Bu zaman mövcud kursa uyğun olaraq ONMA tokenləri verilir və ödədiyiniz məbləğ boşuna getmir və sizin üçün bir növ depozit balansı açılır. Eyni zamanda, İCO (Initial Coin Offering) müddəti olduğundan bonus olaraq əlavə tokenlər də verilir. Hər paket həm də bir karyera dərəcəsidir və dərəcə sahibi özündən əvvəlki paketin də hüquqlarına sahibdir. Qeyd etdiyimiz kimi, dərəcə yalnız paket alarkən verilir və sonradan məcburi dəvət və ya satışlar edib, hər hansı bir karyera dərəcəsi bağlamaq kimi şərtlər yoxdur. Sistem referal marketinq ilə işlədiyindən burada üzv olan bütün insanlar, özəlliklə şəbəkə marketinqi liderləri etdikləri real və virtual reklamlardan (email, mobil, sosial şəbəkələr, saytlar, SEO və s.) sonra ciddi qazanclar əldə edə biləcəklər. Saytdakı referal gəliri (4 və ondan yuxarı dərəcələr üçün açıqdır) birinci dərinlikdən 7, ikinci dərinlikdən 5, üçüncü dərinlikdən isə 3 faizdir. Yəni, sizin istəyinizə görə (hər hansı bir məcburiyyət yoxdur) sistemə abunə olan bütün istifadəçilərin sistemdaxili hər xərcinə (paket, token, dərs, bilet kimi onlayn xidmət və məhsulların alışı, ödənişli reklam vermə və s.) görə, müqavilə müddətinizin sonuna qədər sizə bu faizlər ödəniləcək və bununçun hər hansı bir əlavə şərt də yoxdur. Həmçinin, saytda zaman- zaman müxtəlif network gəlirləri ilə yanaşı, bonus proqramlarından və promosyonlardan (lotoreya, səyahət, yay- qış məktəbi düşərgələri, yerində dil kursları və s.) yararlanmaq imkanı da olacaq. Sistem paket satışlarından gələn gəlirin 30, digər satışlardan isə 15 %- ni dərhal network bonuslarına paylayır. Şirkət ortaqlıq paketlərinə sahib abunəçilərinə dərəcələrinə uyğun olaraq onların şəbəkələrində gedən dövriyyədən (First Founder), ümumi network dövriyyəsindən (Partner Founder) və özünün bütün platformalardan əldə etdiyi təmiz gəlirdən (Manager Founder) pay verir. Network üçün nəzərdə tutulan məbləğdən sistemdə qalıq qaldıqda bu reklam büdcəsində toplanacaq və şəbəkə üzvləri üçün təşkil olunan sözügedən promosyonlara və faydalı reklamlara xərclənəcək. Bundan başqa şirkətin digər platformaları açıldıqda sistemdə MLM, "Matrix" və "Binary" kimi şəbəkə gəlirləri də olacaq. Onu da qeyd edək ki, şirkətin reklam və TV platformaları açıldığında sistem abunəçilərinə saytda onlayn olduğuna, həmçinin reklam izlədiyinə görə sosial şəbəkə və reklam bonusları da ödəyəcək.
Ödəmə və balansdan çıxarış:
Hazırda, saytda ödəmə və balansdan çıxarış Portmanat və SWIFT yolu ilə mümkündür. Həmçinin, tələbə kateqoriyasında olanlar xaric, qalan hər kəs sistemdaxili əməliyyatlar üçün digər istifadəçilərin (tələbə dərəcəsindən yuxarı) balansına ( günlük limit olmaq şərti ilə) fiat məbləğ və ya token göndərə biləcək. Aşağıda da qeyd etdiyimiz kimi, tədricən sistemdə Millicard, Paypal, e- Payments, Bank Paysera, Advanced Cash, WebMoney, Perfect Money, Payeer və Payoneer kimi ödəmə üsullarının, həmçinin, Bitcoin, Ethereum, Waves kimi kriptovalyutaların qəbulu da olacaq.
Bu sosial şəbəkəyə zaman- zaman bir- birindən maraqlı yeni- yeni funksiya və platformalar əlavələr ediləcək. Bir daha qeyd edək ki, şirkətin bütün gələcək platformaları məhz bu sistemin üzərində qurulub, inkişaf edəcək. Sayt sıfırdan kodlaşdırılaraq yığıldığından, rahatlıqla yeniliklər və dəyişikliklər etmək imkanları olacaq. Şirkət təkliflərə hər zaman açıq olacaq və dəyərləndirib, qəbul edilən bütün təklif, layihə və xidmətlərə görə də mükafatlandırmalar edəcək.

ZƏNGİNLƏRİN VƏ ZƏNGİN OLMAQ İSTƏYƏNLƏRİN bu sosial şəbəkəsində yaxın zamanda yaradılması nəzərdə tutulan əlavə funksiyalar:
1. Ödənişli xəbərlərin, fotomaterialların, audio kitabların və s. satışı.
2. Profilin qaleriya (fotolar və videolar), günlük status, durum və qeydlər bölməsi. Hava proqnozu, Təqvim.
3. Xəbərlər: Gözləntilər, yeniliklərimiz, sektor xəbərləri, ümumi xəbərlər və xəbər saytları.
4. Profili izlə, maraqlı/ maraqsız et, qruplaşdır, əngəllə və s. Profil və dərslərə ödənişli "dəyər" ver. Borc Al / Ver. Reytinq cədvəli. Dəvət, təklif və tövsiyələr.
5. Fiziki və hüquqi şəxslər üçün rəsmi səhifə və qrupların yaradılması, toplu və ödənişli mesaj qutusu. Kolleksiya. Ümumi Al/ Sat qrupu.
6. Konsultasiyalar üçün tarifli video / audio zəng, gizli mesaj qutusu və VİP çat. Giflər. Səs / yazı tərcümə- dəyişmə əsasında yazışma və rəy.
7. "Line event" lər- "Offline" tədbirlərə "DƏVƏT". Şəxsi bloq.
8. Tədris və Kredit balansı. Ödənişsiz E- KİTABXANA. Ödənişsiz dərs otaqları. İntelektual oyunlar.
9. Şirkətin özünün və ya öz sponsorluğu ilə hazırlanan çap, onlayn və İT məhsulların təşkili. Foto- video dizayn.
10. Filtrasiya: kateqoriyalara görə profil və dərslərin mükəmməl axtarış sistemi. Platforma və funksiyalara görə axtarışlar (İş / işçi, ev / ev yoldaşı, səyahət (təlim- tədrisə dair) / səyahət yoldaşı və s.). Məkana görə axtarış və funksiyalar (Mobil tətbiqdə).
Azərbaycan, İngilis və Rus dillərindən başqa sayta əlavə ediləcək xarici dilər:
1) Türk (Türkiyə) 2) Urdu (Pakistan) 3) Ərəb 4) Çin 5) İspan 6) Fransız 7) Alman
Qeyd: Şəbəkənin mobil tətbiqi İCO (koinlərin ilkin yerləşdirilməsi) sonuna planlaşdırılıb. Bilməyənlər üçün qeyd edək ki, İCO hər hansı bir layihə tərəfindən gələcəkdə öz platformasında xidmətlərin hesabını ödəmək üçün nəzərdə tutulmuş müəyyən sayda tokenin (kriptovalyuta) öncədən satışı vasitəsilə maliyyələşmə cəlb etmək vasitəsi deməkdir.

İCO
ONMA token - Onlayn biznesin kriptovalyutası
ONMA token ilə peşəkar trader kimi yetişənə qədər öyrənməyə davam!
ONMA kriptovalyuta həvəskarları üçün inanılmaz fürsətlər yaradır. Üzvlər paket alıb, sistemə abunə olarkən hədiyyə və ya ekstra bonus olaraq aldıqları və ya buradan (referal, satış, xidmət, passiv və s.) qazandıqları ONMA tokenlərini İCO müddəti bitər- bitməz çox rahatlıqla sistemdə xərcləyə (paket/ dərs ala, ödənişli reklam verə və. s), o cümlədən, burada, sistemin öz birjasında və ya digər kriptovalyuta birjalarında fiat pullara və Bitcoinə, həmçinin başqa altkoinlərə çevirə, trade edə, nağdlaşdıra və ya başqasına göndərə biləcəklər. Həmçinin, onlar bu kriptovalyuta birjaya girdikdən sonra, öz tokenlərini (minimum 500 ədəd) ONMA hesablarında tutduqda (stake) passiv gəlir olaraq, ümumi hovuza görə günlük 0.2 %- dək token qazanacaqlar. Hətta, digər kriptovalyutaları əldə etmək istəyənlər üçün ən rahat və sərfəli yol ilk olaraq ONMA tokenlərini əldə etmək olacaq.
Özündə 10 platforma və bir- birindən maraqlı funksiyaları birləşdirəcək olan ONMA layihəsi ümumi olaraq 10 milyon dollar dəyərində qiymətləndirilib. İCO müddəti bitdikdən sonra sistemdaxili bütün əməliyyatlar məhz ONMA tokenləri ilə həyata keçiriləcəkdir.
Başlanğıc olaraq, 6 ABŞ dolları dəyərində qiymətləndirdiyimiz ONMA tokenləri hazırda abunəçilərimizə sistemdən paket aldıqda bonus olaraq əlavə tokenlər verildiyindən (4- cü və ondan yuxarı paketlərdə bonuslar daha yüksəkdir və 12- ci paketə qədər yüksələn xətt üzrə artmaqda davam edir), onlara 1 ONMA 1 - 3 dollar arasındakı kursa başa gələcək. ONMA tokeninin İCO- dan sonra burada və əlavə ən az 10 kriptovalyuta birjasında exchange oluna bilməsi, qarşıya qoyduğumuz məqsədlərdəndir. Qəbul komissiyası ilə yanaşı, səsvermə ilə qəbul edilən birjalarda sizlərin də dəstəyinizə güvənərək, deyə bilərik artıq bu 10 coin birjası siyahısı artıq bizə məlumdur. Waves platformasında yaratdığımız ONMA tokenlərinin maksimum sayı 10 milyon ədəd olacaq və bu say 10 il müddətinə dövriyyəyə buraxıla bilər. Bunun 100 mini sistem açılarkən Airdrop (kriptovalyutanın böyük bir kütlə tərəfindən tanınması və arxasında sağlam bir komandanın olması üçün heç bir məbləğ alınmadan, sadəcə müəyyən şərtlər daxilində havayı verilməsi) zamanı paylanacaq, maksimum 1 milyonu isə şəbəkəmizin üzvlərinə və İCO saytımızdakı digər müştərilərimizə sistemin ilkin quruculuq mərhələsində (İCO) şirkətimizdən paket alarkən hədiyyə və ekstra bonus şəklində veriləcəkdir. Beləliklə, ilkin olaraq, totalda 1,1 milyon ədəd ONMA tokenin olması nəzərdə tutulub. Ancaq 5 milyon token daimi olaraq şirkətin bazasında risklərə qarşı depozit olaraq saxlanacaq, geri qalan 3, 9 milyon token isə 10 il ərzində "stake" ə qoşulanlara tələb və təklifə uyğun olaraq günlük % olaraq paylanacaq. Şirkət bu kriptovalyutanın dəyər itirməməsi üçün öz balansında qalan və ona qayıdan tokenləri birjalarda birbaşa və ya dolayı yolla satışa çıxarmayacaq və lazım gəldiyində yandıracaqdır. İCO müddətində şirkət bütün satışlarından gələn gəlirin 30 % - ni marketinq- reklam siyasətinə, 20 %- ni öz vergi, işçi və texniki xərclərinə, geri qalan 50 %- ini isə ONMA tokeninin gələcək inkişafı üçün xərcləyəcək. Beləki, bu 50 %- in yarısı sistemin tam qurulmasına, bütün platformaların yüksək səviyyədə açılmasına, başqa obyektlərin (merchant) bu kriptopulu valyuta növü olaraq qəbul etməsinə və tokenin birjalarda "listing" olunmasına, digər yarısı (12, 5 %- USD, 12, 5% BTC) isə birjalardakı süni manipulyasiyalara (Dump- Pump) qarşı depozit olaraq saxlanacaqdır.
Qeyd etdiyimiz kimi, Airdrop zamanı sistemdəki bir çox üzvlərə hədiyyə paket və tokenlər veriləcək. İCO müddətində bəzi abunəçilərə "general" səviyyədə, ödənişsiz Blokçeyn və kriptovalyuta təlimləri keçiriləcək. Onlara ONMA tokenindən birjalarda necə faydalanmaq olar, mövzusunda "master class" keçiriləcək. Bununçün, şirkət bəzi paketlərdən gələn gəlirin müəyyən faizini öz anlaşmış olduğu təlimçi- ekspertlərə əlavə bonus olaraq ödəyəcək. Həmçinin, bəzi abunəçilər açılacaq olan "exchange", "store", "foundation" kimi platformalarda "qurucu üzv" olmaq hüququna sahib olacaqlar. İCO- dan sonra "online" və dünyanın müxtəlif şəhərlərindəki "offline" alış- veriş mərkəzləri, kafelər və s. obyektlər ONMA tokenini rəsmi müqavilə əsasında tədavül vasitəsi olaraq qəbul etdiyində, digər güzəştlərlə yanaşı, proqramçı (yatırımçı) və ya ortaqlıq paketlərindən ( 1000 dollara dək) onlara hədiyyə olaraq veriləcək. Baxmayaraq ki, paket hədiyyə olaraq verilir, müqaviləyə vasitəçi olan netvorkerlər buna görə öz referal gəlirləni ( 70 dollara dək) alacaqlar.
İCO başa çatdıqdan sonra sistemdən sırf xidmətlərdən yararlanmaq üçün abunəçi paketi alarkən, ekstra bonus (%) olaraq ONMA tokeni verilməsi dayandırılacaqdır. Şirkət yeni abunəçilərə balans açarkən (paket alışında) token verdikdə öz kriptovalyutasının dəyər itirməməsi və dövriyyə artımına dəstək üçün bunu öz bazasından deyil, mövcud birjalardan alaraq verəcəkdir. Sistemdə xidmət, məhsul, funksiya və platformalar artdıqdan sonra isə paket alışlarında abunəçilərə balans olaraq ümumiyyətlə token verilməyəcəkdir.
Hədəfimiz, ONMA tokenlərinin təbii yollarla 100, 300, hətta 1000 dollar və daha artıq dəyər qazanmasına, şirkətimizin bu və digər platformalarında uğurla istifadə olunmasına nail olmaq və ONMA partnyorlarına rahat qazanc sağladığını görməkdir.
ONMA kriptovalyutasının əsas üstün cəhətlərindən biri də tranzaksiya xərcinin maksimum aşağı, sürətinin isə yüksək olması olacaq. Qeyd etdiyimiz kimi, tokenin öz İCO saytı, elektron cüzdanı, birjası və dəyərləndiyi böyük platformalar olacaq.
ONMA tokenin 15 Apreldən kriptovalyuta birjalarına girməsi planlaşdırılır. İlk olaraq DEX (Waves Decentralized Exchange) və Türkiyədəki birjaların birinə girəcəyini indidən dəqiqliklə vurğulamaq istərdik. Anlaşmış olduğumuz bütün birjalar, həmçinin merçantlar haqda da zaman- zaman saytımızda məlumatlar yerləşdirəcəyik. Ancaq unutmayın ki, öncə bu kriptovalyuta məhz ONMA platformalarında istifadə və "exchange" oluna biləcək.

İCO müddəti və ondan sonra bu sistemin üzərində şirkətin açılacaq olan yeni platformalarının xronoloji ardıcıllıqla siyahısı:
1. News & Reklam
2. ONMA TV & Radio- (TV 2- BTB)
3. Auction & Donation
4. Forum, Monitoring & Encyclopedia
5. Line Store*
6. Foundation & Investment projects*
7. Exchange & Games*
8. ONMAcard, ONMApay & ATM
9. Cafe & Academic club
10. Line Academy & Campus

Qeyd 1: Sistemin " Reklam" və " TV" platformaları abunə olmayan siravi üzvlər üçün də izləmək üçün açıq olacaq.
Hər bir ödənişli "REKLAM" və "TV" paketi üçün abunəçilərə aktivliyinə görə (tələbə dərəcələri xaric) sponsorlar (reklamverənlər) tərəfindən aylıq 70 dollar dəyərində (paket satışının 70%- i) bonus paylanacaq.
Qeyd 2: Sistemin öz mobil intelektual oyun məhsulu ilə abunəçilər günlük 20- 30.000 $ arası, yatırımsız belə olsalar qazanc əldə edə biləcəklər. Bundan başqa şirkət öz jurnalını dərc etməyi və ildə bir dəfə mükafatlandırma gecəsi keçirməyi planlaşdırır.
ICO- dan sonra şirkət ümumi dövriyyəsindən əldə etdiyi gəlirin 10%- ni sponsorluq təkliflərinə (düşərgə, konfrans, forum, festival təşkili və s.), xeyriyyə aksiyalarına (elm və təhsillə bağlı) və sistemin profilinə uyğun sosial layihələrin icrasına ayıracaq. Şirkət həmçinin distant təhsil istiqamətində xarici dövlətlərin ali məktəbləri ilə əməkdaşlığı və "ONMA təqaüdü" proqramı ilə çıxış etməyi də planlaşdırır.

ELAN:
ONMAda qeydiyyatdan keçib, real profil bilgiləri, həmçinin şəkli yerləşdirən və sorğuda iştirak edən 500 nəfər "Airdrop"a qoşulmaq imkanı əldə edəcəkdir. Bununçün təbii olaraq saytımızda yerləşdirilən sosial şəbəkə səhifələrimizin hər birini bəyənib, izləməyiniz və teleqram qrupumuza üzv olmağınız lazımdı. Airdropun vaxtı (İCO elanından əvvəl) və şərtləri (taq, status, haştaq, "share" və s.) haqda səhifələrimizdə məlumat paylaşılacaqdır.
Onu da qeyd edək ki, Airdrop günlərində sadəcə 10 (qeydiyyatdan keçən hər 10 nəfərdən birinə)- 50 (sorğuda iştirak edən abunəçilərə) dollarlıq tokenlər deyil, hətta 1- ci dərinliyinə 1000 real profil yığan referalçılara əlavə 100 dollarlıq hədiyyə paketi və ona müvafiq ONMA tokenləri də veriləcəkdir.
Qeyd 1: Şirkət Airdropdan sonra sistemdə 100 min istifadəçinin olmasını planlaşdırır.
Qeyd 2: Sistem İCO müddətində dərs yerləşdirən abunəçilərə hər 10 ödənişli dərs müqabilində 1 ONMAtoken hədiyyə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 23 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589