Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR

Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLARBu gün Şərqdə ilk opera yazan azərbaycanlı qadın bəstəkar Şəfiqə Axundovanın doğum günüdür. Xalq artisti yaşasaydı, 95 yaşını qeyd edəcəkdi.

Mərhum sənətkarın həm həyatda, həm də sənətdə dostu olmuş xalq artisti Flora Kərimova onunla bağlı xatirələrini azvision.az-la bölüşüb.

Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLAR"Şəfiqə Axundova mənim ilk bəstəkarım olub. Özbəkistanın birinci katibi Şərəf Rəşidovun "Kəşmir mahnıları" poeması əsasında eyni adlı mahnı bəsətləyib, birinci dəfə mənə həvalə edib. Yadımdadır, onda uşaq idim. Mənə evinin ünvanını verdi. Qışın oğlan çağında iki saata yaxın axtardım. Çünki mən ona demişdim ki, o yeri tanıyıram. Sən demə, səhv bilmişəm, orada yaşamırmış. Sonra axtara-axtara gedib tapdım. Əlim, ayağım soyuqdan donmuşdu. Qapını açanda gördü ki, yaman haldayam. Çay verib, canımı isidəndən sonra məşqə başladıq.

Müğənni Brilliant Dadaşovanın anası yol qəzasında rəhmətə gedəndə o, çox məyus olmuşdu. Onda Brilliant xanımı tanımırdım, oxumurdu. O qadını çox tərifləyirdi. Deyirdi, elə insanlar var ki, belə tez ölməyə layiq deyillər.

Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLARÇox mahnılarını oxumuşam. Dünyasını dəyişməmişdən öncə vəsiyyət etdi ki, öləndə onu "Həyat sən nə şirinsən?!" mahnımın sədaları altında dəfn etsinlər. Elə də etdik. O, mənə bir not bağışlamışdı, orada "Sənin Şəfiqən" yazmışdı. Yubileyi olanda flarmoniyanın səhnəsində mən də dedim: "mənim Şəfiqəm".

Mən ona bu günümə görə borcluyam. Özünə çox qiymət verən, sözünün sahibi olan qadın və həlim insan idi. Onu çox incidirdilər. Baxmayaraq ki, Şərqin birinci opera yazan bəstəkar qadını idi".

Flora Kərimovanın sözlərinə görə, Şəfiqə xanım son gününə kimi oğlunun öldüyünü bilmirdi:

"Oğlunun ölümünü ondan gizlətdilər. Ancaq ana ürəyi başa düşürdü, ürəyinə damırdı. Oğlu Talehi görmək istəyirdi, deyirdilər, xəstədir, bəhanə ilə yayındırırdılar. Evlərində yas mərasimi veriləndə halsız idi, heç nəyə reaksiya verə bilmirdi. Biz onun yanına gedirdik, həsrətlə üzümüzə baxırdı ki, niyə gizlədirsiniz, mən anayam. Şübhə içində dünyasını dəyişdi. Bacısı Rəfiqə xanım min bəhanə gətirirdi. And içib onu aldadırdıq ki, oğlun sağdır. Onun həyat naxışı əvvəlcədən düz gətirmədi".
Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLARXalq artisti Gülyanaq Məmmədova isə Şəfiqə xanımla ilə ilk tanışlığını belə xatırlayıb:

"Şəfiqə xanımla ilk görüşüm 1995-ci ilə təsadüf edir. Flarmoniyada onun yubileyi olmalı idi. Mənim də yeni tanınan vaxtlarım idi. Azərbaycan Televiziyasında bir neçə yadda qalan çıxışlarım olmuşdu. Onun xoşuna gəlmişdi, demişdi, bu qızı tapın, yanıma gəlsin. Bəstəkarların binasında yaşayırdı. Evlərinə getdim. Flora Kərimova, Təranə Vəlizadə də orada idi. Şəki ləhcəsi ilə mənə dedi, sən şəkili deyilsən? Dedim, bəli. Dedi, istəyirəm sən mənim "Şəki" mahnımı oxuyasan, o mahnımı eşitmisən? Dedim, elə şeymi olar ki, eşitməyim, Şövkət Ələkbərova da ifa edib. Dedi, ay sağ ol, gör mən kimlərlə işləmişəm. Böyük sənətkarlar mahnımı oxuyub. "Gözüm üstə, oxuyaram" deyib oxudum. Xoşuna gəldi. Dedi, mənim bir hind mahnım da var, onu da oxu. Heç vaxt hind mahnısı oxumamışdım, amma "yox" da deyə biləmədim. Dedim, öyrədin, oxuyum. Maraqlı mahnı idi. Flarmoniyada gözəl konserti baş tutdu. Ondan sonra Şəfiqə xanımla çox yaxın olduq.
Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLARAilə bizə o qədər doğma idi ki, onu anam və ya nənəm hesab edirdim. Zarafatımız, deməyimiz-gülməyimiz olurdu. Bəzən keçmişi ilə bağlı elə suallar verirdim ki, qaça bilmirdi, məzə ilə cavab verirdi. Eyni zamanda deyirdi, Gülyanaq, qoy çoxlu uşağın olsun. Mən böyük səhv etmişəm ki, bir övlad dünyaya gətirmişəm. Bir oğlum var, o da özün görürsən ki, nasazdır. Elə bilirəm ki, Gülyazla sən mənim qızlarımsınız. Dəfələrlə gedib evimə gətirmişəm, qulluğunda durmuşam. Axrıncı övladımdan başqa hamısını qucağına alıb.

Bəzən qıraqdan deyirdilər ki, bacısı ilə küsülüdür və s. Boş şey idi. Bacısı Rəfiqə xanım həmişə onun qulluğunda dururdu. Hətta "Bacılar" mahnısını yazmışdı. Mahnı küsüb barışmaqdan bəhs edirdi. İstəyirdi biz oxuyaq. Bacısı dedi, ay Şəfiqə, camaat da elə biləcək ki, mahnı bizdən bəhs edir. Biz də oxumadıq".
Taleyi üzünə gülməyən böyük sənətkar - Şəfiqə Axundovanın vəsiyyəti nə olub? - VİDEO+FOTOLARMüğənninin sözlərinə görə, bəstəkar ona balaca gözmuncuğu da bağşlayıbmış.

""Gəl, ey səhər" mahnısını mənə göstərib dedi ki, öz taleyindən bəhs edir və mənim onu oxumağımı istəyir. Mahnının vokalitslərdən birinə təklif etməsini xahiş etsəm də, razılaşmadı. Dedi, yox, sən oxu. 3 ildən sonra oxuyanda iki əlini başına çırpıb ağalamağa başladı. Məm də o mahnını ağlaya-ağlaya oxumuşdum. Üzərində balaca gözmuncuğu gəzdirirdi. Çıxardıb mənim yaxama taxdı. Ölən günə qədər başının üstündə oldum. Gözünü açırdı, üzümü sığallayırdı, huşu gedirdi. Onun üçün oxudum, gülümsədi. Mən çıxandan sonra canını tapşırdı.

Həyat yoldaşından tez ayrılmışdı, oğlunu 45-50 yaşında itirdi. Çox talesiz qadın idi. Oğlu öləndən sonra birdən soruşurdu ki, Taleh nətərdir? Sonralar soruşmadı, yəqin ölümü ilə barışdı. Həmişə deyirdi ki, mən "Aygün" filmindəki həyatı yaşamışam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 869   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

28.03.2024 136