Futbolçunu aparan təyyarə yoxa çıxdı - 20 saat əvvəl əlaqə itib - FOTO

Futbolçunu aparan təyyarə yoxa çıxdı - 20 saat əvvəl əlaqə itib - FOTO
İngiltərənin "Kardif" klubunun Fransa "Nant"ından transfer etdiyi Emiliano Salanın mindiyi təyyarə yoxa çıxıb.

Komanda yoldaşları ilə vidalaşan argentinalı hücumçu Kardiffə getmək üçün təyyarəyə minib. Onun da içində olduğu təyyarə La Manş boğazının üzərində yoxa çıxıb.

"L'equipe"in yaydığı məlumata görə, Salanın da içində olduğu "The Piper Malibu" adlı özəl təyyarə ilə 20 saat əvvəl əlaqə itib.

Fransa polisi futbolçunun təyyarəyə mindiyini təsdiqləyib.

Qeyd edək ki. "Kardiff" Emiliano Salanı "Nant"dan 17 milyon avroya transfer edib. 28 yaşlı hücumçu yeni klubu ilə 3.5 illik müqavilə imzalamaq üçün yola çıxıb.

mənbə: milli.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 411 Tarix: 22.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol