"Təhminə və Zaur"da maaş qalmaqalı – "Kişi kimi halallaşmadız…"

"Təhminə və Zaur"da maaş qalmaqalı – "Kişi kimi halallaşmadız…"Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkədə rol aldığı "Təhminə və Zaur" serialından qonorarını ala bilmədiyini bildirib.
O, ekran işini ərsəyə gətirən "Media Master" şirkətini sərt tənqid edib:

"Bu məmləkətdə hər şey belədir, kimlərlə yaxşı olursan, həvəslə işə girişirsən, iş gördüyün insanlar səni hər şeydən iyrəndirir. Bir işi kişi kimi görmək lazımdır. Yalanla aktyor aldatmazlar. Yeganə millətik ki, aktyora pul verməyə can çəkirik. Əziyyət çəkən bizik, səhər tezdən çəkilişə gedirik, canımız çıxır, sonda da belə olur.

Gördüyünüz işin içinə tüpürüm. Sözümü həmişə açıq demişəm. Hamını yığıb kişi kimi hallalaşmağı bacarmadınız. Heç nəyi halal etmirəm. Şəxsiyyət olmağı bacarın, sonra işlər görün!".

"Qafqazinfo" ittihamlara cavab olaraq sözügedən şirkətin rəhbəri Rüstəm Əliyevlə əlaqə saxlayıb. O, C. Novruzun statusundan xəbərsiz olduğunu, qonorarların isə ödənildiyini söyləyib:

"Serialın hekayəsi bitib,serial dayanıb. Hər ayın 20-də aktyorlarımızın maaşı verilir. Biz isə sonuncu maaşı onların hesabına 21-də köçürmüşük. Yəqin ki, status yazarkən bundan xəbəri olmayıb. Başqa bir problem yoxdur".

"Təhminə və Zaur"un baş qəhrəmanlarından biri, Əməkdar artist Kəmalə Müzəffəri isə "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, maaşını vaxtlı-vaxtında alır:

"Mən 1 il yarımdır ki, sözügedən şirkətlə əməkdaşlıq etmişəm. Onların ərsəyə gətirdiyi "Ögey ana" və "Təhminə və Zaur" serialında çəkilmişəm. Bircə dəfə də olmayıb ki, maaşım geciksin. Belə bir şey olmayıb. Hətta keçən ay serialda 15 gün işləmişik, maaş da hesaba qoyulub. Efir prodüseri Həsən bəy bir neçə gün bundan əvvəl "Whatsapp" qrupuna səs ataraq bildirib ki, qonorarlar yüklənilib. Fakt kimi bu səsi sizə də göndərə bilərəm. Mən niyə yalan danışım ki? Bizdə maaş söhbəti olmayıb. Nə qədər işləmişik, o qədər də pul almışıq. Müqavilə bağlanılır, vergi verilir. Pulu ödəməmək deyilən bir şey ola bilməz".

Dörd aydır ekran işində rol alan Əməkdar artist Mehriban Xanlarova da maaş aldığını deyib: "İşlədiyim müddətdə pulumu almışam. Mən yalan danışa bilmərəm. Hətta bunu sübuta yetirəcək qəbzlərim var. Son 15 günkü çəkilişlərimizin pulu da verilib. Bir şeydə Cavidanla razılaşıram ki, serialın bağlanması anidən qərarlaşdırıldı. Çünki bizə başqa layihələrdən təklif gəldi, burada yer aldığımız üçün imtina etdik. Düşünürdük ki, maya qədər ekran işində rol alacağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1324   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888