"Çoxu səndən, məndən yaxşı yaşayır" - Dilənçilikdə YENİ METOD: Əlində resept - VİDEO

"Çoxu səndən, məndən yaxşı yaşayır" - Dilənçilikdə YENİ METOD: Əlində resept - VİDEOƏlində dərman resepti ilə xəstəyəm deyən "dilənçilərə" insanların çox olduğu yerlərdə və avtomagistralların kənarında rast gəlmək olar. Əksər hallarda əlində həkim resepti olan belə insanlar özünün və ya ailə üzvünün ağır xəstəlikdən əziyyət çəkdiyini deyir. Bu yolla pul qazanmağa çalışırlar.

ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Bəziləri var ki, görürsən həqiqətən xəstədir. Mən ona həmişə pul verirəm. Ancaq görürəm ki, bəziləri özünü yalandan xəstəliyə qoyur. Ona mən pul vermirəm".

Sakin: "Çoxusu dilənçi adı ilə baxırsan ki, səndən yaxşı yaşayır".

Ekspertlərin sözlərinə görə, bu, insanların yeni dilənçilik metodu, bir növ fırıldaqdır. Çünki bəzi hallarda həmin şəxslər, əlindəki kağıza baxmaq, dərmanları almaq təkliflərinə etiraz edirlər, resepti gizlətməyə çalışırlar.

Əhməd Qəşəmoğlu – Sosioloq: "Bir qız uşağı özünü qoyur lallığa və yazır kağıza anama kömək edin. Anam ağır xəstədir. Avtobusda belə şeylər olur. Bir tərəfdə kimsə özünü vurub çolağlığa və o tərəfdən polis gələn durub qaçırlar".

Psixoloqlar isə deyir ki, bu cür insanlar hətta müəyyən kurslara da cəlb olunur. Həmin kurslarda insanları aldadıb, pul yığmağın yolları öyrədilir.

İlhamə hüseyinli –Psixoloq: "Bu cür insanlara cəmiyətə özünü necə yazıqlatmaq lazım oldugunu öyrədirlər. Gözləri ilə necə problemli oldugunu göstərməyə çalışmağı öyrədirlər. Yəni bütün insanların bu dələduz adamların emosiyalarını jestlərlə bunların hamısı öyrədilir. Sonra bunlar düşür şəhərə və dilənməyə başlayırlar".

Hətta iddialara görə, belə kurslarda bəzi psixoloqlardan da istifadə edirlər.

İlhamə hüseyinli –Psixoloq: "Bizim kolleqalarımızın da arasında belə insanlar var ki, yəni onlar da bunlara kömək edirlər. Təbii ki, ordan müxtəlif məbləğ alırlar".

Ehtiyacı olmadığı halda dilənçilik edən, bu yolla insanların pulunu mənimsəyən şəxslər etdiyi əmələ görə məsuliyyət daşıyırlar.

Samir Qasımov – Vəkil: "Həmin vətəndaşlar xəbərdarlıq edilirlər. Əgər xəbərdarlıq kifayət deyilsə, artıq bu insan bir neçə dəfə yaxalanıbsa, hətta onu 10 günə qədər həbs edə bilərlər. Əgər bu işə yetkinlik yaşına çatmayanları cəlb edibsə, onda hətta 15 günə qədər həbs oluna bilər".

Ekspertlər hesab edir ki, şəhərdə belə mənzərənin artması mənfi haldır. Tədbirlər görülməsi, dilənçilik kimi halların nəzarət altına alınması mütləqdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995