17 yaşlı oğul anasına əl qaldıran atasını öldürdü - Azərbaycanda

17 yaşlı oğul anasına əl qaldıran atasını öldürdü - Azərbaycanda
Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını öldürən yeniyetmənin məhkəmə prosesi başlayır.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Quliyev Eşqin Ramil oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 23-də hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Məlumata görə, R.Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu E.Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb, ona üstəlik, bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 527 Tarix: 22.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
MemarXXX
MemarXXX 22.01.2019
Allah gostermesin


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər