Azərbaycanda qəribə hadisə: Bank krediti verə bilməyən deputatın villasını əlindən aldı - FOTO

Azərbaycanda qəribə hadisə: Bank krediti verə bilməyən deputatın villasını əlindən aldı - FOTOİkinci, üçüncü, dördüncü və beşinci çağırış (20 ildir Milli Məclisdədir) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı "Yapı Kredi Bank Azərbaycan" QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasından olub.

BiG.AZ xəbər verir ki, finans.az"ın əldə etdiyi məlumata əsasən, 26 fevral 2014-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" QSC ilə üçüncü şəxs "Aqroflora" MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.

Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.

Bundan sonra bank "Aqroflora" MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı "kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000,00 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh "Aqroflora" MMC-nin iddiaçı "Yapı Kredi Bank Azərbaycan" QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.

Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000,00 manat olmaqla "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən hərraca çıxarılıb.

Birinci hərracın baş tutmaması səbəbindən təkrar hərrac (qanuna əsasən 45 təqvim günüdən gec olmayaraq) keçirilib və əmlakın ilkin satış qiyməti 15% daha aşağı göstərilib. Lakin təkrar hərracda da həmin əmlak satılmadığından hərrac baş tutmayıb. Bundan sonra 29 dekabr 2016-cı il tarixində, yəni birinci hərracın baş tutmadığının elan edildiyi tarixdən 57 təqvim günü sonra üçüncü hərrac keçirilib, bu hərracın nəticələri haqqında Y-13 saylı yekun protokol tərtib edilib və Xanhüseyn Kazımlıya məxsus Novxanı kəndindəki 332E saylı evin 446 250,00 manata "Yapı Kredi Bank Azərbaycan" QSC tərəfindən alınmasına dair alqı-satqı müqaviləsi bağlanıb.

Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilib.

Millət vəkili hərracın nəticəli haqqında protokolun, bu protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Novxanı kəndi 332E saylı ev üzrərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Məhkəmənin 3 avqust 2018-ci il tarixli qətnaməsi ilə deputatın cavabdehlər Binəqədi rayon İcra şöbəsinə, banka, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə və üçüncü şəxs "Aqroflora" MMC-yə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia təmin edilməyib.

Maraqlıdır ki, Xanhüseyn Kazımlı apellyasiya şikayətində, ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 000,00 manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb.

Azərbaycanda qəribə hadisə: Bank krediti verə bilməyən deputatın villasını əlindən aldı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1947   Tarix: 22 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208