Ronaldonun tələbi qəbul edilmədi

Ronaldonun tələbi qəbul edilmədi

Vergidən yayınma ilə bağlı haqqında açılan cinayət işinə görə 22 yanvarda Madrid məhkəməsində hakim qarşısına çıxacaq Kriştiano Ronaldo məhkəməyə xüsusi tələb irəli sürüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Yuventus”un ulduzu məhkəməyə gələrkən media nümayəndələri ilə qarşılaşmamaq üçün məhkəmə binasının avtomobil dayanacağını istifadə etmək istədiyini bildirib.

Lakin, onun tələbi qəbul edilməyib.

Məhkəmə sədri Xuan Pablo Qonsalez Ronaldonun tanınmış biri olmasına baxmayaraq, heç kimə güzəşt edilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ronaldo polis nəzarətində məhkəmə binasına daxil olacaq.

Qeyd edək ki, Ronaldo ilə yanaşı sabiq futbolçu, hazırda “Real”ın U-14 komandasının məşqçisi olan Xabi Alonso da hakim qarşısına çıxacaq.

İddianaməyə görə, Ronaldoya 2 il şərti həbs cəzası və 18,8 milyon avro pul cəzası, Alonsoya isə 5 il həbs cəzası ilə yanaşı 4 milyon avro pul cəriməsi verilməsi tələb edilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 575 Tarix: 22.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər