Zaur Baxşəliyev qəzəbləndi

Zaur Baxşəliyev qəzəbləndiTeleaparıcı Zaur Baxşəliyev bu məsələ ilə bağlı açıqlama verdi: "Onun yarısı" evlilik proqramı efirdə yayımlandığı gündən bu günə qədər qarşısına bir məqsəd qoyur - nitq qüsurlu, fiziki qüsurlu, kimsəsiz, internat məktəblərində böyüyən, qocalar evində yaşayan maddi və mənəvi təminatı olmayan, tənha yaşayan insanlara dəstək olmaq, maddi təminatına kömək göstərmək, mənəvi sarsıntılarını azaltmaq. Bunun bariz nümunəsi olaraq "Onun yarısı" proqramında bu günə qədər, yəni iki il ərzində onlarla nitq qüsurlu cütlük ailə qurub. Bir daha vurğulayıram, nitq qüsurlu cütlüklər. Bunu təsdiqləyən proqramlarımız, toy görüntülərimiz, video çarxlarımız var. "Onun yarısı" proqramı yayıma başladığı ilk həftədə Bilgəhdə yerləşən 11 saylı internat məktəbində böyüyən kimsəsiz Elnurənin toyunu etdi. Atasız-anasız böyüyən bir qız "Onun yarısı" proqramında atalı-analı normal bir ailəyə gəlin köçdü və bu gün özü də anadır. "Onun yarısı" Elnurə kimi bir çox kimsəsiz, evlənmək yaşına çatmış qız və oğlanlarımızın normal cəmiyyətə adaptasiyasını, sağlam ailə dəyərlərinə sahib olmasını təmin etdi. Son olaraq isə hər iki valideynini itirmiş kimsəsiz Elnur və ailəsi çox böyük maddi ehtiyac içərisində yaşayan Nərminə cütlüyünü misal gətirmək olar. Məhz "Onun yarısı"nda onlar ailə üçün lazım olan bütün maddi ehtiyaclarını təmin etdilər. Və bu gün çox xoşbəxtdirlər… Bir neçə gündən sonra studiyamızda daha bir kimsəsiz qız - Natəvan atalı-analı normal bir ailəyə gəlin köçəcək. Birinci qrup əlil olan Fəxrəddin isə özü kimi birinci qrup əlil Zeynəblə nikaha daxil olacaq. Bu siyahını deməkdə məqsədimiz Azərbaycan ictimaiyyətinə və bizi izləyə bilməyən, lakin haqqımızda dedi-qodulara istinadən yalnış düşünən insanlara məsələni aydınlatmaqdır. Bizim verilişin məqsəd və məramını anlamaq üçün evlənmək məqsədi ilə studiyamıza pənah gətirən onlarla nitq qüsurlu, fiziki qüsurlu, kimsəsiz insanları görmək kifayətdir. Dəfələrlə efir vasitəsi ilə tamaşaçılarımıza müraciət etmişik və sizin sayt vasitəsilə də oxucularınıza müraciət səslənirik ki, "Onun yarısı" proqramı daha çox kimsəsiz, yaşlı, tənha, maddi imkanı olmayan, nitq və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Düzdür, iki il ərzində "Onun yarısı" verilişində cəmiyyət tərəfindən birmənalı qarşılanmayan hadisələr də baş verib. Bu neqativ halları aradan qaldırmaq üçün biz hər zaman çalışmışıq və bu gün də çalışırıq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 17648   Tarix: 13 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

TOP MP3