Amerikada yaşayan azərbaycanlı ailə - FOTOLAR

Amerikada yaşayan azərbaycanlı ailə - FOTOLARSöhbətimə Məmməd Səid Ordubadinin bir kəlamı ilə başlamaq istəyirəm- "Evlənməkdə uduzmaq, bütün həyatı uduzmaq deməkdir". Bəli, ailə sevgi üzərində qurulanda həyat da gözəl olur. Lap elə Emil Sultanovun qurduğu ailə kimi.
Adətən söhbətlərimdə fərdlərdən danışıram. Amma bu cütlüyün arasında olan mehriban münasibət məni o qədər heyrətləndirdi ki, Emili Nərminədən, Nərminəni Emildən ayra bilmədim.

Emil Sultanov 1972-ci ildə Bakıda dünyaya gəlib. 1989-cu ildə Bakıxanov qəsəbəsindəki 72 nömrəli məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Neft-Kimya Akademiyasında ali təhsilini başa vuraraq, mühəndis-elektrik ixtisasına yiyələnib. 1995-1997-ci illərdə "İNTRANS" internet təhcizatı şirkətində mühəndislik edib. 1997-2001-ci illərdə Bakıdakı banklardan birində informasiya texnikaları üzrə menecer vəzifəsində çalışıb. 2001-2007-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyində yenə də eyni ixtisas üzrə menecer işləyib. 2007-ci ildə təhsilini artırmaq üçün ABŞ-a gəlib. 2010-cu ilədək Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, kompyuter elmləri üzrə magistr səviyyəsinə yüksəlib. Orada təhsil alarkən məşhur "Beckman Coulter" şirkətində tibbi avadanlıqların proqramlaşdırılması üzrə altı aylıq təcrübə keçib.
Amerikada yaşayan azərbaycanlı ailə - FOTOLAR2010-cu ildən Kaliforniya ştatının Rancho Santa Margarita şəhərində yaşayır. Elə o vaxtdan da ştatın İrvine şəhərində fəaliyyət göstərən dünyada məşhur "Masimo Corporation" tibbi avadanlıqları şirkətində çalışır. Ötən bu müddət ərzində o, sıravi mühəndislikdən böyük aparıcı mühəndis vəzifəsinədək yüksələ bilib. Deyir ki,- "Dəfələrlə Azərbaycana qayıtmaq istədim. Amma çətinliklərə sinə gərərək, ayağa qalxa bildim. İndi özümü çox xoşbəxt hiss edirəm". Ömür-gün yoldaşı Nərminə İsmayılova ilə Azərbaycanda oxuyarkən tanış olublar, bir qrupda təhsil alıblar. Aralarındakı sevgi o qədər safdır ki, mən onları əsrimizin Amerikadakı azərbaycanlı Leyli və Məcnunu adlandırardım. Nərminə xanım ixtisasca dizaynerdir. Dizayn şirkətində çalışır. Bütün varlığı ilə Azərbaycana bağlıdır. Kaliforniyada azərbaycanlıların elə bir tədbiri olmayıb ki, orada Nərminə xanımın əməyi olmasın. Həm tədbirlərin dizayn, tərtibat məsələlərində və həm də maliyyə dəstəyində. Atası Namiq İsmayılov uzun illər neft sənayesində mühəndis kimi çalışıb. Bu ailədə iki oğlan böyüyür. Nazimin 16, Mikayılın isə 9 yaşı var. Hər ikisi azərbaycan dilini gözəl bilir. Azərbaycanlı olduqlarından qürur duyurlar.
Amerikada yaşayan azərbaycanlı ailə - FOTOLARNərminə xanım özünə milli paltar tikib, Novruz tədbirlərində onu geyinərək amerikalılara nümayiş etdirir. Azərbaycanın nə qədər qədim ənənəyə malik olduğunu amerikalılara çatdırmağa çalışır.

Deyir ki,- "Baxmayaraq 11 ildir buradayıq Azərbaycanla nəfəs alıram. Hər gün, yuxudan duran kimi Azərbaycan xəbər saytlarına baxıb, ölkəmizdə baş verən hadisələrlə maraqlanıram. Vətənimin ağrı-acısı, sevinci də mənimdir". Nərminə xanım nə qədər gülərüz, şən olsa da, Emil bəy bir o qədər ciddi, təvəzökardır. Amma hər ikisi də çox mehriban insanlardır. Onlarla ünsiyyətdə olarkən adam uzaq Amerikada olduğunu unudur, elə bil ki, elə doğma Azərbaycandasan. Bu ailənin arzuları çoxdur. Övladlara yüksək təhsil vermək, əsl azərbaycanlı kimi böyütmək onların ən böyük istəkləridir.

mənbə: azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3165   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364