Bu şəhərlər avtomobildən imtina etməyə hazırlaşır — SİYAHI

Bu şəhərlər avtomobildən imtina etməyə hazırlaşır — SİYAHIDünyada bir sıra şəhərlərin idarəçiləri tıxacların sayını azaltmaq, ekologiyanı yaxşılaşdırmaq, mərkəzdə yaşayanlara sakit həyat təmin etməyə çalışırlar.

BiG.AZ "ölkə.az"a istinadən xəbər verir ki, bu məqsədlə müxtəlif şəhərlərdə müxtəlif üsullara əl atılır. Məsələn, bəzilərində köhnə buraxılış ili olan maşınlar mərkəzə buraxılmır, bəzilərində isə parkinq qiyməti artırılır, bəzilərində ictimai nəqliyyat növündən başqa digər avtomobillər şəhərə buraxılmır. Avtomobildən tam imtina etməyə hazırlaşan şəhərlərin siyahısını təqdim edirik.

Paris

2018-ci ilin tədqiqatları göstərdi ki, Paris Moskva və Londonla birlikdə ən çirkli havası olan Avropa şəhərləri siyahısında ilk üçlüyə daxil olub. Şəhər meri bu reytinqə reaksiya verdi və iki vacib qərar qəbul etdi. Bundan sonra 1997-ci ilə qədər istehsal edilən avtomobillər istirahət günləri şəhər mərkəzinə girə bilməz.

Hər ayın ilk bazar günü isə maşınsız gün keçirilir. Səhər saat 10-dan axşam saat 18:00-a qədər Parisin mərkəzinə bir çox avtomobilin girişi qadağan edilir. Mərkəzdəki rayonlarda yaşayan sakinlər üçün istisna edilib. Taksi və ictimai nəqliyyat 20 km/saat sürətlə hərəkət edə bilərlər.

Mexiko
Meksikanın paytaxtı ən çox çirklənmiş şəhərlərdən sayılır. Şəhər hökuməti ekologiyanı yaxşılaşdırmaq üçün müəyyən addımlar atıblar. 2008-ci ildən şənbə günləri avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

2017-ci ildə aparılan tədqiqat isə məlum etdi ki, bu addımla da ekologiyanı yaxşılaşdırmaq mümkün olmayıb. Məlum olub ki, insanlar öz avtomobillərindən imtina etsələr də, aktiv şəkildə taksi və karşerinqdən istifadə ediblər. Şəhər sakinləri üçünü avtomobildən imtina edib ictimai nəqliyyata minmək çox çətindir.

Kopenhagen
Kopenhagendə adam başına düşən avtomobil sayına görə Avropada ən aşağı reytinqdədir. Bunun səbəbi isə şəhərdə velosipedçilərin aktiv dəstəklənməsidir. Onlar üçün təkcə velosiped cığırları yox, avtomobillərin girişi qadağan edilən velo magistrallar da salınıb.

Bundan başqa, 2030-cu ildə benzin və dizel avtomobillərin, 2035-ci ildə isə hibrid mühərrikli avtomobillərin satışı qadağan ediləcək.

Brüssel

2030-cu ilə qədər Brüsseldə dizellə çalışan avtomobillər qadağan ediləcək. Hələlik isə, köhnə buraxılış ili olan avtomobillərlə bağlı ciddi addımlar atılır. Şəhərdə qurulan yüzlərlə kamera bu avtomobillərin harada hərəkət etdiyini və sahiblərinin harada yaşadığını müəyyən edir.

Bu avtomobil sahibləri əlavə vergi ödəyəcəklər.

Boqota
Kolumbiya paytaxtında şəhər küçələrində avtomobil sayını məhdudlaşdıran proqram 1974-cü ildən qüvvədədir. 45 ildir ki, bazar günləri saat 07:00-14:00 arası şəhər küçələrinə avtomobillərin girişi qadağan edilib.

Bu proqram sayəsində 120 km-lik şəhər küçələri bağlı olur. Bu küçələrdə isə paytaxt sakinlərinin dörddə biri, yəni, 1.7 milyon insan piyada hərəkət edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 523   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 275
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 427
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 35
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 170
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 253
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 635
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 408
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 617
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 984