Çöpçüyə üz tutanlar MÜTLƏQ OXUSUN! - Ölümə səbəb ola bilər

Çöpçüyə üz tutanlar MÜTLƏQ OXUSUN! - Ölümə səbəb ola bilərUşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərman təsir etmirsə, bu halda Azərbaycan vətəndaşının bəzən çöpçüyə üz tutmaqdan savayı başqa yolu qalmır. Özünü çöpçü adlandıran bu peşə sahibləri uşağın tənəffüs yolunda ilişib qalan kənar cismləri sadə yolla, buruna üfürməklə xaric edirlər. Valideynlər belə prosedurdan sonra qızdırmanın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını bildirirlər. Texnologiya dövründə yaşayan insanın həkimin yox, çöpçünün yanına getməsi, əslində, təəccüb doğurur.

BiG.AZ bu barədə Axar.az-a danışan psixoloq Taryel Faziloğlu problemin kökündə 3 əsas meyarın olduğunu deyib.

"Birinci meyar mental psixologiyaya bağlıdır. Adət-ənənədə olan inancların özünüqoruma instinkti var. Çöpçü yanına getmək pirə, ocağa, daşa inanmaq kimidir. İkincisi, kütlə psixologiyasına söykənən sosial meyardır. İnsanlar bir-birinə təsir edərək prosesi aparırlar. Baba-nənə inanır buna, öz övladı, nəvələri üçün belə düşüncəni təlqin edir, çöpçüyə getməyi lazımlı bilir, hətta oğul-qıza belə davranışı təzyiq vasitəsilə yeridirlər. İnanc bu yolla yaşayır. Üçüncü meyar iki qaynaqlı psixoloji forma ilə əlaqəlidir. Yəni Azərbaycanda insanların tıbb sahəsinə olan güvənsizliyindən qaynaqlanır: insanlar türkəçarəyə daha çox meyillənirlər. Həm də bizim insanlar sağlamlıq məsələsinə elə də diqqət yetirmir. Nə qədər şəxs hər 6 aydan bir ümumi tibbi yoxlamadan keçir? Azərbaycanda belələrinin sayı 1 faiz varmı, yoxmu, böyük sual doğurur. Bu amillər çöpçülərin məşhur olması, varlanmasını yol açır", - psixoloq deyib.

Onun sözlərinə görə, ilk növbədə ölkədə çöpçülük və oxşar hallarla bağlı geniş, kütləvi, profilaktik informasiya tədbirləri aparılmalı, cəmiyyət məlumatlandırılmalı, psixoloji baryerləri aşmaq üçün ciddi maarifləndirmə işləri görülməlidir:

"Eyni problem elə falçılarla bağlı yaşanır, onlara efirə yol açılır, bir müddət sonra heç bir təhsili olmayan birisi özünü psixoloq adlandırır. Bu tip məsələlərin həlli üçün qanunvericilikdə də dəyişikliyə ehtiyac var. Qanunda boşluq çoxdur".

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov problemin həllinin elə də asan olmadığını bildirib:

"Çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz həkiminə müraciət edir. Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən bu mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır. Yad cismi yalnız bu halda görmək mümkündür. Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cismləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də ehtiyac qalmayıb".

Həkim Azərbaycanda bəzi tibb işçilərinin belə öz uşaqlarını çöpçü yanına aparmağına neqativ yanaşdığını qeyd edib:

"Çöpçü dediyimiz "mütəxəssis" hər hansı bir tibbi prosedurun aparılmasına hüquqi statusu olan şəxs deyil. Orqanizmə müdaxilə edərək yad cismin xaric edilməsi onun səlahiyyəti çərçivəsindən kənardır. Baş verə biləcək hansısa xoşagəlməz durumda çöpçünün cavabdehliyi məsələsi gündəmə gəlir. Məsələn, çöpçü yad cismi üfləməklə və ya barmağı ilə xaric etməyə çalışdığı zaman o, alt tənəffüs yollarına, daha dəqiq desək, səs yarığı səviyyəsinə, traxeya və ya bronxlara düşə bilər. Bu halda xüsusi cərrahi komanda və avadanlıq olmadan yad cismin çıxarılması nəinki çətinləşər, hətta asfiksiya nəticəsində uşaq tələf ola bilər. Bu nəzərdən hər hansı bir kənddə, ya evdə belə proseduran aparılması düzgün deyil. Çox risklidir, əslində. Yad cismin ölçüsü, materialı və ilişib qaldığı tənəffüs yolunun səviyyəsindən asılı olaraq bu müdaxilə poliklinikada da icra oluna bilər. Məsələn, damaq badamcığına saplanmış yad bir cismi poliklinikada, ambulator şəraitdə kənarlaşdırmaq olar. Amma qırtlaqda, alt tənəffüs yollarında və yaxud burun-udlaq səviyyəsində qalan yad cismin xaric edilməsi üçün xüsusi tibbi avadanlığa ehtiyac var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 807   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304