Şirvanda 80 yaşlı kişi evində ölü tapıldı

Şirvanda 80 yaşlı kişi evində ölü tapıldı
Şirvan şəhərində yerləşən evlərdən birində kişi meyiti aşkar edilib.

“Report”un məlumatına görə, 1938-ci il təvəllüdlü şəhər sakini Mirzəyev Nazim Abdulla oğluna məxsus meyit mərhumun yaşadığı Mehmandarov küçəsi, 34 ünvanında tapılıb.

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, mərhumun üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Qonşuların bildirdiyinə görə, kimsəsiz və tək yaşayan 80 yaşlı kişi öz əcəli ilə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 289 Tarix: 20.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol