Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcəkFevralın 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində dayanma və durma nişanlarında dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sıxlığın az müşahidə olunduğu küçələrdə dayanma və durma nişanlarını sadəcə "durmaq qadağandır" nişanı ilə əvəzləyəcəklər.

Paytaxda bəzi küçə və prospektlərdə yol nişanlarında dəyşiklik ediləcək. Xüsusilə də son günlər sürücülərin narazılıq etdiyi dayanma və durma nişanları daha ciddi təhlil edilərək yenilənəcək.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, bu barədə məlumatı 'Bakı Nəqliyyat Agnetliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, yaxın bir həftə ərzində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilir. Səbəb də həmin sürücülərin anında cərimə edilməsidir.

Bir çox sürücü, xüsusilə də, taksi fəaliyyəti ilə məşğul olanlar bu cərimələrdən narazılıq edirlər. Onlar həmin ərazilərdə sərnişin düşürərkən cərimə olunmalarını düzgün hesab etmirlər. Buna görə də Bakı Nəqliyyat Agentliyi paytaxtın bəzi ərazilərində dayanma və durma nişanlarında dəyşiklik edəcək.

Yəni paytaxt nəqliyyatında sıxlığın az müşahidə edildiyi ərazilərdə dayanma və durma nişanı götürülərək, "durmaq qadağandır" nişanı ilə əvəz olunacaq. Sürücülərə həmin yerlərdə sərnişin düşürüb-mindirmək imkanı veriləcək. Mais Ağayev onu da bildirdi ki, nişanların dəyişdiriləcəyi ərazilər aparılacaq təhlillərdən sonra bəlli olacaq. İşlərin ümumilikdə gələn ayın 1-ə qədər yekunlaşdırılması planlaşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 20 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 916
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 273
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 228
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 367
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 962
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 348
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 414
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 391
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 211