Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ

Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ20 Yanvar hadisələrində şəhid olan Yusif Sadıqov 1964-cü ildə Göyçə gölünün sahilində yerləşən Cil kəndində dünyaya göz açıb. Zahirən sakit, daxilən coşqun təbiətli idi. Güclü məntiqi, iti yaddaşı riyaziyyat elminə bağlamışdı Yusifi. Orta məktəbdə dəfələrlə olimpiadalarda iştirak edib birincilik qazanmışdı. Məktəbi 1981-ci ildə qızıl medalla bitirib Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində Moskvada, Vilnüsdə universitetini təmsil etmiş, riyaziyyat olimpiadalarında birinci dərəcəli diploma layiq görülmüşdü. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda aspiranturaya daxil olmuşdu. Yusif minimumlarının hamısından əla qiymətlər almışdı, aspirantların konfransında, institut seminarlarında istedadı ilə tanınmışdı. Nişanlı idi. Hamı Yusifin toyuna hazırlaşarkən... Ad günü yanvarın 20-də idi...

BiG.AZ bildirir ki, Elə doğum günündə də dünyasını dəyişən Yusiflə bağlı xatirələrini Trend-ə bacısı Sayalı Sadıqova danışır:

"O gecə... sanki yerin, göyün üzünə qara kəlağayı salmışdılar. Hər yan, hər tərəf adamda vahimə oyadırdı. Evdə də, bayırda da havası çatmırdı Yusifin. Sən demə, bütün varlığa hakim kəsilən o qara gecənin gəlişində hansısa bədxahın əli var imiş. Haradasa şimşək çaxırdı elə bil, qaranlığın bağrını sökən işıq zolaqları yanıb sönürdü. Yuxuda olan Yusifi güllə səsi oyatdı... Oyandı... Dözə bilmədi, küçəyə çıxdı..."

1989-cu ilin 1 dekabr tarixində Ermənistan Ali Soveti "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" haqqında qərar qəbul etdi. Nəticədə, Azərbaycanda siyasi vəziyyət gərginləşdi və bu, 1989-cu ilin sonunda İran və Türkiyə ilə sərhədlərdəki tikanlı məftillərin sökülməsi ilə nəticələndi. 1989-cu ilin 31 dekabrında minlərlə insan - qadın və kişi, uşaq, qoca və cavan Ordubaddan Sədərəyədək SSRİ dövlət sərhədinin 167 kilometrlik ərazisi boyunca sərhəd dirəklərinin tikanlı məftillərini sökmüşdü. 1989-cu ilin sonunadək ermənilər tərəfindən yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi. Hamının səbr kasası dolmuşdu. Yurd-yuva qeyrəti, el-oba isməti milləti ya ölüm, ya qalım məqamına gətirmişdi. Bakı təlatümə gəlmiş, insan seli küçələrə Vətən harayına çıxmışdı. Yanvarın əvvəllərindən davam edən mitinq və nümayişlər, Vəzirovun ölkəni idarə edə bilməməsi, DTK-nin isə təxribatçı əməlləri 20 Yanvar faciəsi üçün zəmin hazırladı. Bakıya qoşun yeridilməsi ərəfəsində Sov. İKP MK-nın katibi A.Girenko paytaxtda fövqəladə vəziyyət elan edilməyəcəyi, hərbi hissələrin gətirilməyəcəyini bəyan etdi və bununla da respublika əhalisi aldadıldı. "Ordu şəhərə daxil olmayacaq... Yalnız sakitlik, yalnız qarşılıqlı anlaşma..." Bu rəsmi sözlər eşidiləndə inam artdı, ümidlər şölələndi. Alma-Ata və Tbilisi hadisələrində güc işlətdiklərinə görə beynəlxalq aləm tərəfindən ittiham olunan "Qırmızı ordu"nun silaha əl atacağını heç kim gözləmirdi".

S.Sadıqova deyir ki, Yusif də bir vətəndaş, ziyalı kimi düşünür, yollar axtarırdı. Vətən uğrunda mübarizə başlıca amalına çevrilmişdi. Bununla belə, namizədlik mövzusu üzərində gecə-gündüz işləyirdi. İşini tez başa çatdırmağa çalışırdı. Ancaq hadisələr buna imkan vermirdi:

"Xalqımızın 1988-ci ildən bəri başına gələn faciələr Yusifi rahat buraxmırdı. Onun gözlərindəki qığılcım, üzündəki təbəssüm gözlərimizin önündə yavaş-yavaş sönməyə başlamışdı. Minimumlarının hamısından əla qiymətlər almışdı. Aspiranturanın ikinci kursunda oxuyurdu. İnstitutun əməkdaşları Yusifin şəxsində gələcəyin görkəmli riyaziyyatçı alimini, şəxsiyyətini görürdülər. O, əsl Azərbaycan ziyalısına xas olan daxili insani keyfiyyətləri, dünyagörüşü, səmimiliyi ilə hər zaman fərqlənmişdi".

1990-cı ilin ilk ayı yaman qanlı-qadalı gəldi. Yanvarın 19-dan 20-nə keçən gecə dəhşətli qırğın törədildi Bakıda. Qan su yerinə axdı o gecə. Neçə ana övlad, neçə bacı qardaş, neçə körpə ata itirdi o müdhiş gecədə. Bu dəhşətli qırğının şahidi olmuş insanlar ağıllarını itirmək dərəcəsinə çatmışdılar. Təsəlliyə söz də qalmamışdı. Hamı ağlayırdı, özü də hönkür-hönkür, fəryad qopara-qopara. Lakin şahidlərin selə dönmüş göz yaşları tökülən bu günahsız qanlardan qat-qat artıq olsa da, onu yuyub təmizləməyə qadir deyildi. Göz yaşı ilə suvarılan şəhid qanından qırmızı qərənfillər bitmişdi küçələrdə, meydanlarda. Başını itirmiş adamlar gecə evdən çıxıb bir daha geri dönməyənlərini axtarırdılar, özü də dirilər yox, ölülər arasında...

S.Sadıqova deyir ki, həmin gün əzizlərinin meyitini tapanlar Allaha şükür edirdilər:

"Çünki artıq məlum olmuşdu ki, qaniçən vəhşilər öz cinayətlərinin izini qismən də olsa itirmək üçün yaralıların və şəhidlərin bir hissəsini yük maşınları ilə aradan çıxara bilmişdilər".

Onun sözlərinə görə, səhəri gün atası şəhid qanından laləzara dönmüş küçə və meydanlarda, xəstəxanalarda, ölüxanalarda qanına qəltan olmuş igidlərin cəsədini gördükcə yüz dəfə ölüb-dirilən, müdhiş gecənin ağır yükü altında qəddi bükülmüş, heydən düşmüş, donuq baxışlarından iztirab tökülən, sifətləri meyit rəngi almış insanlar arasında Yusifi axtarırdı:

"Yusifin isə ancaq sağ qolu tapıldı... Tankın tırtılları altında kəsilmiş sağ qolu... Yusifin arzularını həyata keçirməyə qoymayan qatillər Bakını qana boyadı".

Yanvar böhranı nəticə etibarilə respublika hakimiyyət orqanlarının iradəsizliyi və xalqdan ayrı düşməsi, müxalifətin ən fəal hissəsinin avantürizmi, bütün siyasi dayaqlarını itirmiş mərkəzi hakimiyyətin səbatsızlığı nəticəsində baş verdi. Bu böhran həm də müəyyən dairələrin siyasi korluğunun nəticəsi idi. Onlar başa düşmək istəmirdilər ki, siyasi böhranın nə ilə nəticələnməsindən asılı olmayaraq, o, artıq tarixi inkişafın ümumi yönünü dəyişdirə bilməyəcək.

Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu. Bu mərhələni keçən insanlar hiss etdilər ki, keçmiş həyata və münasibətlərə qayıtmaq artıq mümkünsüzdür. Müstəqilliyə doğru hərəkət son, həlledici mərhələyə yaxınlaşmaqda idi və artıq həmin 90-cı ildə Azərbaycanda 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratik respublikanın ideyaları, rəmzləri, demokratik ənənələri yenidən canlanmağa başlanmışdı.

Yanvar hadisələri siyasətdə zorakılığın, siyasi problemlərin həllində gücdən istifadə edilməsinin (kim tərəfindən olursa-olsun) səmərəsizliyini sübuta yetirdi. Ziddiyyət, ixtilaf, maraq və ambisiyaların bir-biri ilə toqquşması siyasi prosesin dəfedilməz ünsürüdür. Lakin mədəni cəmiyyətlərdə bu heç də o demək deyil ki, ziddiyyətlər hökmən sərt qarşıdurma və zorakı yolla həll edilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 20 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist öldü

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində daha bir jurnalist həlak olub. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, İsrail ordusunun Qəzza zolağının şimal bölgəsinə hücum edib. Məlumata görə, fələstinli jurnalist və onu

27.03.2024 171
.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409