Azərbaycanda 16 yaşlı qızı qaçırıb zorlayan kişi Rusiyaya qaçmaq istəyir

Azərbaycanda 16 yaşlı qızı qaçırıb zorlayan kişi Rusiyaya qaçmaq istəyir

16 yaşlı qızı qaçıraraq zorlayan 30 yaşlı oğlan Rusiyaya qaçmağı planlaşdırır.

BiG.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində məlumat verilib.

Belə ki, efirə bağlanan vəadının açıqlanmasını istəməyən və Rusiyada yaşayan şəxs bildirib ki, Ucarda 16 yaşlı qızı qaçıraraq təcavüz edən Zamin Muradov barışıq olmasa Rusiyaya qaçacağını bildirib: “O, bu barədə dünən axşam dostları ilə danışan zaman söyləyib”.

Qeyd edək ki, Ucarda yanvar ayının 7-də 16 yaşlı məktəbli qız 30 yaşlı kişi tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb. Bu haqda məlumatı "Səni axtarıram" verilişində qaçırılan məktəblinin nənəsi Səadət Məmmədova səsləndirib. Onun sözlərinə görə, məktəbli dərsdən çıxarkən Zamin Muradov, qardaşı Fazil Muradov və qardaşının həyat yoldaşı Xatirə Muradovayla birlikdə azyaşlını zorla qaçırıb. Məlumata görə, məktəbli qızı qaçıran şəxs atasının əmisi oğludur. Zamin Muradov efirə bağlanaraq 4 ildir ki, qızı evdiyini söyləyib.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1993 Tarix: 18.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol