"Selena"nın ulduzu: "Üç gün sonra evləndik"

"Selena"nın ulduzu: "Üç gün sonra evləndik"

“Selena” serialında yaratdığı “Hades” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Sinan Çalışkanoğlu həyat yoldaşı ilə tanışlığından danışıb.

BiG.AZ xəbər verir ki, sənətçi bildirib ki, həyat yoldaşı Çiğdemlə təsadüf nəticəsində tanış olub:

“Bankomatdan pul çıxarmağa getmişdim. Yanında gəlinlik mağazası var idi. Üstündə “Kiçik gəlinlər üçün heç bir əşyamız yoxdur” yazılmışdı. Yazı xoşuma gəldi. Çəkib sosial şəbəkədə paylaşmaq istəyirdim, qarşıma Çiğdem çıxdı. Ondan icazə aldım və içəridən xoş qoxu gəldiyini hiss etdim. Soruşdum ki, bu, nəyin iyidir belə? Şkafdan öz ətirini gətirib göstərdi və üstümə sıxdı. Sonra nömrələrimizi aldıq və danışmağa başladıq. Eyni gün onu yeməyə dəvət edib, evlənmə təklif etdim. 21 apreldə tanış olduq. 22-si anamla tanış etdim, 23-ündə də məni ailəsiylə tanış etdi. Heç vaxt tələsik qərar verən biri deyiləm, amma bu, taleyin hekayəsidir. Biz tanış olandan sonra bankomatı yığışdırdılar, mağazanı bağladılar”.

Axşam.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1260 Tarix: 18.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol