"Oğru dünyasında" istifadə edilən sözlərin inanılmaz mənası:"Adaxlı", "müftə", "talvar"

"Oğru dünyasında" istifadə edilən sözlərin inanılmaz mənası:"Adaxlı", "müftə", "talvar""Oğru aləmi"ndə istifadə olunan fikirləri gündəlik həyatımızda istəsək də, mənasını bilmirik. Bizim gündəlik həyatda istifadə etdiyimiz həmin ifadələr vor aləmində başqa məmaları verir.

BiG.AZ Oxu24.com-a istinadən cinayət aləminin tədqiqatçısı "Fima Jiqanes" təxəllüsü ilə tanınan Aleksandr Sidorovun Oğru aləmində istifadə olunan sözlərlə bağlı fikirlərini təqdim edir:

"Qanuni oğrular" Xoruzu niyə sevmir?

A.Sidorov deyir ki, keçi (kozyol) həbsxanada mənfi qarşılanır, Xoruz isə ümumiyyətlə söyüş mənasındadır: "Keçi ilə bağlı məsələ qismən aydındır: bu üfunətli heyvandır, uzun buynuzları var və dustaqlar arasında həmişə biabırçı bir şeyi ifadə edir. Əvvəllər passiv homoseksualları keçi adlandırardılar. Xüsusilə ötən əsrin 60-70-ci illərində belə idi. Bəs xoruz (rus dilində petux) niyə mənfi qarşılanır? Axı bu quş növü folklorda müsbət obrazdır. Amma artıq uzun müddətdir ki, həbsxanalarda passiv homoseksualları bu quşun adı ilə çağırırlar. Yeri gəlmişkən bu gün həbsxanalarda "xoruz" (petux) sözünün sinonimi var. Bu "pinç"dir. Bu ifadə hələ 1943-cü ildə İqor Mixaylovun "Aska" poemasında işlənir".

Cinayət jarqonuna sözlər necə daxil olur?

A.Sidorovun sözlərinə görə, həbsxana jarqonu müəyyən dəyişikliklərə məruz qalmış unikal söz toplusudur: "Sovet hakimiyyətinin gəlişi ilə həbsxanalar ziyalılar, zabitlər, tacirlər, keşişlər, kəndlilər və bu kimi müxtəlif təbəqənin insanları ilə doldu. Beləliklə, cinayət jarqonuna cəmiyyətin hər təbəqəsinin sözləri daxil oldu. Məsələn, "yüksüz vaqonları itələmək" sözü mənasız, boş danışmaqdır. Bu ifadəni həbsxanaya şaxtaçılar gətirib. "Volına" (tapança) sözü kazaklardan gəlmədir. "Jiqan" sözü "yandırmaq", "yanmaq", yaxud "hiss etməklə" bağlıdır. "Jiqan" sözünü əvvəlcə ocaqçılara, araqçəkənlərə, ümumiyyətlə hisə batmışlara deyirdilər. Daha sonra bu söz qəddar insanlara, fırıldaqçılara, dələduzlara deyildi. Çar Rusiyanın cinayət aləmində jiqanlara çox hörmət edirdilər".

"Adaxlı", "müftə", "talvar"

A.Sidorov deyir ki, bəzən xarici sözlər də cinayət jarqonuna daxil edilib.

"Misal üçün, "müftə" (xalyava) sözü Polşadan alınma sözdür. Müftə sözü burada çəkmənin boğazı mənasındadır. Fırıldaqçılar uzunboğazlı çəkmələr geyinir və bazarlarda gəzişirdilər. Fırıldaqçının biri tacirin fikrini yayndırır, o biri isə oğurladığı malı çəkmənin boğazından içəri atırdı. Bu söz müasir jarqonda "pulsuz", "hədiyyə" mənasında işlənir. Digər alınma söz "Frayer"dir (almanca freier - adaxlı). Çar Rusiyasında bu dələduzluq edənlərə aid edilirdi. İki cinayətkardan biri digərini tora salır, o biri isə iş üstündə tutaraq, bütün pullarını alırdılar. Misal üçün, iki fahişədən biri zəngin cənabla yaxınlaşır, digəri isə onları ən vacib məqamda yaxalayaraq, qışqırmağa başlayırdı. Zəngin cənab isə biabır olmamaq üçün bütün pulunu verib geri çəkilirdi. Bu söz "xiçisnisey" sözü ilə də qarışdırılıb. Bu, yəhudilərin "xupa" sözündən götürülüb, mənası talvar deməkdir. Yəhudilərdə toy zamanı bəy və gəlin o talvara baş çəkərlər. Zaman keçdikcə "frayer" fahişəxanaların mötəbər ziyarətçilərinə deyilməyə başlandı, amma ümumiyyətlə axmaqlara, bəxtsizlərə bu söz aid edilirdi. SSRİ həbsxanalarında isə "frayer" siyasi məhbuslara aid edildi. Təcrübəli cinayətkarlar onlara nifrət edərdilər. Lakin 1960-80-ci illərdə siyasi dustaqlara hörmət edilməyə başlandı. Onlara inamları və möhkəm olduqları üçün hörmət edilirdi. Bu həm də cinayət aləmində anti-kommunist mövqedən də irəli gəlirdi", - deyə ekspert diqqətə çatdırıb.

Tac qoyma və dindirilmə: nələr, niyə dəyişdirildi?

Tədqiqatçı vurğulayır ki, artıq "oğru dünyası"nda tac qoyma ənənələri də dəyişib: "Vaxtilə tac qoyardılar və xaç suyuna salardılar. Misal üçün Ded Hasan yeziddir, ona tac qoyarkən xaç suyuna da salıblar. İndi mübahisələrin düşməməsi üçün tac qoyma və xaç suyuna salmanı ayırıblar. Hazırda sadəcə danışırlar: Filan insana bu məsələyə görə verildi. Hər şey sadələşib. Daha bir maraqlı məqam isə odur ki, "qanuni oğru" bütün suallara doğru cavab verməlidir, hətta polisin dindirməsi zamanı da. Bu isə onun cinayəti faktiki etiraf etməsi deməkdir. Lakin indi bir qədər vəziyyət dəyişib. Çünki bu ənənələr onların ziyanına işləyir. Bəs belə vəziyyətlərdə nə edilməlidir? Misal üçün, Şarko Maladoy tutulandan sonra ümumiyyətlə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət saxlamaqdan imtina etdi. Bəzi "qanuni oğrular" isə fərqli davranırlar. Misal üçün, onlar polisin sualına "mən öz yanımdayam" cavabını verirlər. Bu, oğruların yanında olmaq deməkdir. Bu söhbəti sadəcə anlamaq lazımdır".

Rusiya cinayət aləminə yəhudi təsiri

A.Sidokov Rusiya cinayət jarqonunun yəhudilərdən daha çox söz aldığını deyir: "Bu, əsasən Odessada olan yəhudilərdən gələn sözlərdir. Rusiyada iki əsas oğru mərkəzi var idi: yəhudi Rostovu və Odessa. Əslində hər iki şəhər yəhudilərin oturaq həyat tərzi sürdüyü yerdir. Minsk və Kiyevə nisbətdə Rostovda yəhudilər çox yaşayırdı. Onların 60-70 faizi oğru jarqonundan istifadə edənlərdir. Lakin yəhudilərdən alınma sözlər qarışıqdır. Misal üçün, həbsxana kamerasında ayaqyoluna deyilən "paraşa" sözünün yəhudilərdən gəldiyi bildirilir. Əslində isə hər şey çox sadədir: 27 oktyabrda payızın cümə günü – "Pinti Paraskeva" keçirilir. Həmin vaxt adətən yağışlar yağır və hər yer palçıq olur. Buna qısa olaraq "Paraşa" deyirlər, yəni pinti, çirkli mənasında. Həmçinin, "botat" sözündə də yəhudi kökü axtarmaq tamamilə doğru olmaz. Keçmişdə inəyin boynuna zınqırov asardılar və buna "botat", yəni guruldamaq, cingilləmək deyilərdi".

Şərqdən alınma söz

Ekspert vurğulayır ki, cinayət jarqonuna Şərqdən gələn sözlər də daxil olub.

"Onlardan biri "şmonat"dır. Bunun kökü türklərin axtarmaq, silkələmək sözünə gedib çıxır. Cinayət aləmində mənası qarət etmək deməkdir", - deyə o bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3614   Tarix: 18 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 338
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

16:08 310
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

11:00 648
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 149
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 503
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

17:49 208
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

17:52 141
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

20:30 0
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 210