"Yaşamaq istəmirəm, boğuluram..." - oğlunu itirən Zöhrə Abdullayeva

"Yaşamaq istəmirəm, boğuluram..." - oğlunu itirən Zöhrə Abdullayeva

Oğlu dünyasını dəyişdikdən sonra sənətdən uzaqlaşan əməkdar artist Zöhrə Abdullayeva "Bizimləsən" verilişinə zəng vurub.

BiG.AZ-ın məlumatına görə, müğənni mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinə dəstək istəyib.

Z.Abdullayeva daha sonra özündən bəhs edib, o, səhhətində problem olduğunu deyib:

"Yaşamaq istəmirəm, amma boğulub ölmək istəmirəm. Boğuluram. Həkim istəyirəm mənə baxsın".

Müğənni Roza Zərgərli bu yaxınlarda Z.Abdullayevanı hava limanında gördüyünü deyib:

"Bir qadın gördüm, ağappaq qar. Elə sakit yeriyirdi ki, heç kim onu tanımasın. Mən də yaxınlaşmadım ki, narahat olmasın".

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. İki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Axşam.az

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2052 Tarix: 18.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər