Bu günə sulu qar, qar gözlənilir - XƏBƏRDARLIQ

Bu günə sulu qar, qar gözlənilir - XƏBƏRDARLIQBu gün Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Temperaturun anomal gedişi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4 dərəcəyə yaxın isti, axşama doğru isə 2 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 762 mm civə sütununa qalxacaq. Nisbi rütubət 70-80 faiz olacaq.
Nazirlik Bakıda və Abşeron yarımadasında gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib. Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə üqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Duman olacaq. Qərb küləyinin sürətinin 7-12 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi, Kür vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 17-dən 18-i gündüzədək havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcəyi, Kür Vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcək, havanın minimal temperaturu dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1529   Tarix: 17 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

09:51 429
.

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. Qurumdan -a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səth

17.04.2024 1292
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 439
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 158
.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 236
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 632
.

Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ

"2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib"

17.04.2024 441
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17.04.2024 940
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

12:40 237