Məşhur bacıların anasından gözlənilməz qərar - FOTOLAR

Məşhur bacıların anasından gözlənilməz qərar - FOTOLARDünyaca məşhur supermodellər - Cici və Bella Hədid bacılarının anası, hollandiyalı sabiq model Yolanda Hədidin 55 yaşı tamam olub.

Bununla bağlı olaraq Yolanda Hədid vücudundakı bütün yad elementlərdən qurtulmaq qərarını verib.

O, sinəsindəki silikon implantatları və filleri çıxartdırıb. "Bundan sonra botoksdan da istifadə etməyəcəyəm", - Y.Hədid deyib.

O, İnstagram-dakı profilində bodili fotosunu paylaşaraq yazıb: "55 yaşım tamam oldu və içimdə bir gülümsəmə var. Nəhayət ki, 1964-cü ildəki vəziyyətimə qayıtdım. İmplantatlar, botoks, hansısa zibildən azad vücuddan yaşamaq gözəldir. Əvvəllər düşünürdüm ki, bu elementlər mənə cəmiyyətin diqtə etdiyi gözəllik standartlarına uyğun olmaq üçün vacibdir. Bədənimdəki bu elementlərin yaratdığı zəhər məni az qala öldürənədək inanırdım ki, əsl qadın məhz belə görünməlidir. Bilin - səhhətiniz başlıca varidatınızdır. Ona görə də lütfən, bədəninizə nə isə əlavə etməzdən əvvəl düşünün, məlumat toplayın".

Yolanda Hədid daha sonra yazıb ki, əvvəllər verdiyi yanlış qərarları dəyişmək üçün çoxlu illərə ehtiyac duydu. Nəhayət ki, daxili gözəlliyini qəbul edib, özünü sevir.

"Özümüzü sevməli, həyat adlı səyahətdə irəliləyərkən istənilən yaşdakı gözəlliyimizi qəbul etməliyik", - Y.Hədid yazıb.

Onun İnstagram profilinin daimi təqibçiləri Y.Hədidi qərarı ilə bağlı təbrik ediblər. Bəziləri isə məsləhət görüb ki, bu gerçəkləri qızları Cici və Bellaya da çatdırsın.

Yolanda Hədidin oğlu Ənvər də anasının qərarını dəstəkləyib.

mənbə: milli.az
Məşhur bacıların anasından gözlənilməz qərar - FOTOLARMəşhur bacıların anasından gözlənilməz qərar - FOTOLARMəşhur bacıların anasından gözlənilməz qərar - FOTOLARMəşhur bacıların anasından gözlənilməz qərar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2039   Tarix: 16 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 360
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

14:42 1279
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

14:49 158
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 947
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 348
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 102
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 937
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

17:06 200
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

20:11 72