Məşhur rejissorun ailəsində FACİƏ - Anasını maşın vurub öldürdü - FOTO

Məşhur rejissorun ailəsində FACİƏ - Anasını maşın vurub öldürdü - FOTO

Antalyanın Alanya ərazisində yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində dünyasını dəyişən Ferahnaz Benlinin məşhur kinorejissor Orçun Benlinin anası olduğu ortaya çıxıb.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, qəza, səhər saat 9 radələrində qeydə alınıb. Hadisə şahidlərinin xəbərdarlığı sonrası əraziyə gələn təcili yardım maşını ilə xəstəxanaya çatdırılan qadını, bütün müdaxilələrə rəğmən xilas etmək mümkün olmayıb.

Kollecdə müəllim kimi çalışan Ferahnaz Benlini (61) Ali K. adlı şəxsin idarə etdiyi 07 NBV 24 qeydiyyat nişanlı avtomobil vurub.

Ali K. adlı sürücü saxlanılıb. İstintaq başlayıb.
Məşhur rejissorun ailəsində FACİƏ - Anasını maşın vurub öldürdü - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2801 Tarix: 15.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol