Sarımsaq-soğan yeməklə qorunmaq olarmı? - Qrip haqqında 5 mif

Sarımsaq-soğan yeməklə qorunmaq olarmı? - Qrip haqqında 5 mifHazırda quş qripinin adi qripə, adi qripin donuz qripinə qarışdığı bir vaxtda insanlar arasında müxtəlif miflər gəzir.

BiG.AZ bildirir ki, medicina.az qrip haqqında dolaşan 5 mifi və onların nə dərəcədə reallığa uyğun olmasını araşdırıb.

MİF 1

"Mən artıq bir dəfə qrip olmuşam, daha olmaram"

Bu düzgün deyil. Qripin elə xarakteri də budur ki, dəyişir, müxtəlif ştammları var. Virus daim mutasiya olur, ötən ildə və ya ilin əvvəlində keçirdiyiniz qrip eyni olmaya bilər. Ona görə bir insan, istər uşaq, istər böyük ildə 2-3 dəfə qrip keçirə bilər.

MİF 2

"Sarımsaq, soğan yeyirəm, immnunitetim güclənib, qrip olmaram"

Əvvəldən sağlam həyat tərzi keçirən insan qriplə toqquşmadan az-çox qoruna bilər. Bunun üçün sarımsaq-soğan azdır.

-Gərək şəxsi gigiyenaya ciddi əməl olunsun
-Hər gün kifayət qədər su, yaşıl çay içilməli
-Qrip ərəfəsində kütləvi insan olan yerlərdə az olmalı
-Qida rasionunda çoxlu meyvə-tərəvəz, sitrus meyvələri, süd məhsulları
-D vitamini, balıq yağı, C vitamini çox qəbul edilməlidir

MİF 3

"Peyvənd olunmuşam, mənə zaval yoxdur"

Qripdən peyvənd olunmaq mövsümi qriplərdən bir qədər qorunmaq və ya ağırlaşmadan keçirmək olar. Amma adi qripdən peyvəndin sizi donuz və ya quş qripindən tam müdafiə edəcəyinə zəmanət yoxdur.

Ümundünya Səhiyyə Təşkilatı ümumiyyətlə, hər bir insanın, xüsusilə uşaq və yaşlı insanların hər il oktyabr ayında qripə qarşı peyvənd olmasını israrla tövsiyyə edir.

MİF 4

"Öskürək və burun axırsa, bu qripdir"

Soyuqdəymə, burun tutulma, yuxarı tənəffüs yollarının xəstəliyi, kəskin respirator viruslar və qripp - bunlar tamamilə ayrı-ayrı xəstəliklərdir.
Əgər xəstəlik asta-asta, zəif başlayıb inkişaf edirsə, hərarət çox yüksəlmirsə, burun tutulub axırsa, bu qrip yox, hansısa başqa virusdur.

Qrip virusu tədricən ölür, ona görə qripdən sonra daha 2 həftə zəiflik davam edə bilər.

MİF 5

"Antibiotikdən ziyan gəlməz, hər ehtimala qarşı qəbul edim"

Bütün həkimlər, səhiyyə təşkilatları hər il bu xəbərdarlığı edir. Qrip və digər virus xəstəliklərində qəti surətdə antibiotik qəbul etmək olmaz. Antibiotiklər yalnız ağırlaşmalar və bakterial infeksiya qoşulanda olunur.

Qrip zamanı bu yardım və müalicələr olmaz:

-Boğaz qıcıqlanması və öskürəyi siroplarla sağaltmaq. Öskürək orqanizmin müdafiə və təmizlənmə reaksiyasıdır.

-Yüksək hərarəti endirməyə çalışmayın. Yalnız termometrdə göstərici 39-a çatanda qızdırmasalıcı qəbul edin. Aspirin isə qəti olmaz

-Qrip vaxtı immunitet qaldıran və antihistamin dərmanları fasiləsiz qəbul etmək. Bunları yalnız həkim təyin edə bilər

-Xalq təbabəti reseptlərindən özbaşına istifadə etmək


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1389   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207