Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı əməlləri: "Abu Cihad" kimdir? - FOTOLAR

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı əməlləri: "Abu Cihad" kimdir? - FOTOLARBu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham olunan 40 yaşlı Bakı şəhər sakini "Abu Cihad" ləqəbli Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İttiham aktına əsasən Eldəniz Məmmədov Suriyada dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə 13 iyun 2013-cü ildə Türkiyənin Hatay vilayətinə, oradan da Suriyanın Artma şəhərinə gedib. Artmada "Abu Hamza" nın rəhbərlik etdiyi, "Ceyşül Mühacirun" və "Abu Hanif Dağıstani"nin rəhbərlik etdiyi, qərargahı Hələbdə yerləşən silahlı qruplaşmaların tərkibinə daxil olub.

2014-cü ilin yanvar ayınadək E.Məmmədov Suriya silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. Həmin il yanvarın axırında Azərbaycana geri qayıdıb. Təxminən bir il sonra yenidən Suriyaya geri dönüb. Bu dəfə Suriyanın şimalındakı Cerablus bölgəsinə üz tutan E.Məmmədov "Yasir" ləqəbli İŞİD komandirinin Tapka rayonunda fəaliyyət göstərən terrorçu qruplaşmasına qatılıb. Daha sonra isə Raqqada "Xaris" ləqəbli İŞİD-çinin dəstəsində döyüşüb.

Ordudan ayrılıb, həbsə girib...

İttiham aktında E.Məmmədovun bioqrafiyası da yer alır. Orada deyilir ki, "Abu Cihad" C.Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra 1996-cı ildə Ali Hərbi Dənizçilik məktəbinə daxil olub. 2005-ci ilə qədər ayrı-ayrı hərbi hissələrdə ərzaq-əşya xidməti rəisi vəzifəsində işləyib. 2005-ci ilin aprelində isə öz istəyi ilə hərbi xidmətdən ehtiyata buraxılıb.

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı əməlləri: "Abu Cihad" kimdir? - FOTOLAREhtiyata buraxıldıqdan bir müddət sonra qanunsuz silah saxlama və digər əməllərinə görə 7 il 7 ay müddətinə həbs cəzası alıb. 2012-ci ildə azadlığa buraxılıb. Həbsdən çıxdıqdan sonra E.Məmmədov 9 saylı cəzaçəkmə müəssisəsində tanış olduğu Vasif Xudaverdiyevin Suriyaya gedərək İŞİD-in tərkibinə qatıldığını öyrənib. "Skype" vasitəsilə onunla əlaqə yaradıb. Vasif ona Suriyada vəziyyətin yaxşı olduğunu deyərək cihada dəvət edib. E.Məmmədov belə qərara gəlib ki, şəriətin hakim olduğu torpaqlara getməli və kafir qüvvələrə qarşı mübarizə aparmalıdır.

Suriya cəhənnəminə gedən yolun başlanğıcı

"Abu Cihad" istintaqa verdiyi ifadəsində göstərib ki, həmin məqsədlə 2013-cü ilin yayında Bakıdan Türkiyəyə yola düşüb. Hatay vilayətinə çatdıqdan sonra Vasifin əvvəlcədən əlaqə nömrələrini verdiyi insan qaçaqçıları ilə əlaqə saxlayıb, onların köməkliyi ilə Türkiyə - Suriya sərhəddini qanunsuz keçərək Artma şəhərinə gedib.

Orada "Abu Hamza"nın rəhbərlik etdiyi "Ceyşul Muhacirun", "Abu Hanif Dağıstani"nin rəhbərlik etdiyi "Şuhada" adlı silahlı cihadçı qrupların tərkibinı daxil olub. Suriya silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə, sərhəd postlarının mühafizəsində iştirak edib. Gündəlik geyim və yeməklə təmin edilib.

Təqsirləndirilən şəxsin ifadəsindən: "Yeni gələnlərə odlu silahdan istifadə barədə təlimlər keçirilirdi. Mən ilk dəfə Suriyaya çatıb cihadçılara qoşulanda Ramazan ayı olduğundan təlimlər dayandırılmışdı. Ona görə də "Ceyşul Muhacirun" da olduğum müddətdə hərbi təlim almamışam. Ramazan ayı bitəndən sonra həmin qrupdan ayrıldım. Hərbi təlimlərdə iştirak etməmişəm, yalnız dini təlimlərdə iştirak etmişəm".

Azərbaycana qayıdıb, bir il sonra yenidən Suriyaya dönüb...

E.Məmmədov həmçinin ifadəsində göstərib ki, hərbçi olduğundan heç bir təlimlərdə iştirak etmədən birbaşa İŞİD-in tərkibindəki "Şuhada" silahlı qruplaşmasına qoşulub. Bir müddət sonra isə qrup rəhbərindən ailə üzvlərini görmək üçün icazə alaraq Azərbaycana qayıdıb. Bir ilə yaxın Azərbaycanda qalan Eldəniz Suriyaya geri qayıtmaq üçün bu dəfə Ukraynanın Kiyev şəhərini seçib. İŞİD üzvlərinin vasitəsilə tanış olduğu Müslüm adlı şəxslə əlaqə yaradıb. Müslüm 300 dollar müqabilində onun üçün Tacikistan vətəndaşına məxsus saxta pasport düzəldib.
Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı əməlləri: "Abu Cihad" kimdir? - FOTOLARHəmin sənədlə "Abu Cihad" Ukraynadan Türkiyəyə, oradansa Suriyanın Cerablus şəhərinə gəlib. Həmin dövrdə Cerablus tamamilə İŞİD qüvvələrinin nəzarətində olub. İŞİD-in paytaxtı Raqqaya üz tutan Eldəniz oradakı şəriyət-təlim-tədris mərkəzinə yerləşdirilib. Azərbaycandan olan cihadçılarla birgə şəriət qanunları barədə dərs alıb: "Mənə yalnız dinin əsas qaydaları bardə dərs keçiblər. Tədris başa çatdıqdan sonra Raqqa bölgəsinin Tapka şəhərinə göndərilmişəm".

Tapkada isə o, "Yasir" in rəhbərlik etdiyi 100 nəfərdən ibarət qruplaşmaya daxil olub. Onunla birgə həmin qruplaşmada "Abdulla Ləzgi", "İbrahim Ləzgi", "Abu Rayya", "Abu Turab Ləzgi", "Abu Kamal Azəri" Azərbaycan vətəndaşları da olub. Onlar aktiv döyüş əməliyyatlarında iştirak ediblər. İlk döyüşdə "Yasir" və adları hallanan azərbaycanlılar da daxil olmaqla qruplaşma üzvlərinin əksəriyyəti həlak olublar. Bundan sonra onları Rakkaya göndəriblər.

"Ara-sıra PKK ilə atışmalar olurdu..."

E.Məmmədovun ifadəsinə görə, milliyyətcə türk olan "Xaris"adlı ekstremisti "Yasir"in qrupuna rəhbər təyin ediblər. Bu qruplaşmanın tərkibində Raqqa bölgəsindəki "Cəriyyədə" qəsəbəsinin mühafizəsində iştirak edib. Ərazinin mühafizəsi zamanı ona avtomat silah verilib: "Döyüş növbəsi üç-dörd saat olurdu. Növbədə olduğum zaman ara-sıra PKK qüvvələri ilə atışmalar, xırda döyüşlər baş verirdi".
Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı əməlləri: "Abu Cihad" kimdir? - FOTOLAR"Abu Cihad" məhkəməyə verdiyi ifadəsində Suriya ərazisində heç bir döyüşlərdə iştirak etmədiyini, atışma zamanı silahla özünü qoruduğunu deyib. Lakin istintaqa verdiyi ilkin ifadəsində qruplaşmada olduğu müddətdə ona avtomat silah verildiyini, döyüşlərdə iştirak etdiyi zaman həmin silahdan istifadə etdiyini, iki ay "PKK" terror qruplamasına və koalisiya qüvvələrinə qarşı döyüşdüyünü göstərib. Sonrakı ifadələrində isə elan olunan ittihamlarla özünü təqsirli bilməyib. Suriyada olduğu müddətdə odlu silah daşıdığını, həmin ərazidə yaşayan hər kəsin özünü müdafiə etmək üçün odlu silahdan istifadə etdiyini, İŞİD-in tərkibində döyüşmədiyini, ümumiyyətlə heç bir döyüşdə iştirak etmədiyini, əvvəlki ifadələrində yalan danışdığını, lakin bunun səbəbi barədə ifadə vermək istəmədiyini göstərib.

Cihadçılar bir-birlərini ləqəbləri ilə tanıyıblar

O, həmçinin ifadəsində göstərib ki, İŞİD-ə qoşulan mücahidlər bir-birini əsasən dini ləqəbləri ilə tanıyıblar. Hər kəsə yalnız onun ləqəbi ilə müraciət olunub. Bu səbəbdən də ayrı-ayrı şəxslərin adı və soyadı demək olar ki, bilinmir. Bundan əlavə kiminsə anket müəyyənedici məlumatları ilə maraqlandıqda həmin şəxsə şübhə ilə baxırlar və casusluq etməkdə şübhəli bilirlər.

Dediyinə görə Suriyada döyüşəndə ona İŞİD terror təşkilatı tərəfindən ayda 50 dollar pul verilib. Təxminən bir ilə yaxın həmin qruplaşmanın tərkibində döyüşdükdən sonra ailə üzvlərinin təkidi ilə Azərbaycana qayıtmağı qərara alıb. İcazəsiz olaraq İŞİD-dən ayrılmağa cəhd etdiyinə görə İŞİD polisi tərəfindən saxlanılaraq üç ay həbsdə qalıb. Oradan azad olunduqdan sonra isə 2016-cı ilin dekabrında tanımadığı qaçaqçı 1000 dollar müqabilində onu Azez qəsəbəsindən Türkiyənin Kilis şəhərinə keçirib. Bir müddət orada qaldıqdan sonra Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Azərbaycana deport edilib.

"Əbu Cihad" həm də populyar bloqqer olub

Qeyd edək ki, "Abu Cihad" həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan "İnstagram" səhifəsini idarə edib. O, sosial şəbəkə hesabları barədə istintaqa verdiyi ifadəsində göstərib ki, 2013-cü ildən etibarən "Facebook", "İnstagram" və s. sosial şəbəklərdə hesabları, şəxsi səhifələri olub. Həmin səhifələrdən Suriyada olarkən ailəsi və Azərbaycandakı tanışları ilə əlaqə saxlayıb. "İnstagram"da yaradılan "abu cihadddd" adlı səhifə onun istifadəsində olub. Həmin səhifədəki foto və videofayllar Suriyada çəkilib və onun tərəfindən paylaşılıb.

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı əməlləri: "Abu Cihad" kimdir? - FOTOLARLazım istintaqa gəldi, ifadə verdi: "Oğlum demişdi Türkiyədə işləyir"

E.Məmmədovun atası, şahid qismində dindirilən Lazim Məmmədov ifadəsində deyib ki, oğlu Eldəniz ona həbsdən çıxdıqdan sonra 2013-cü ildə işləmək məqsədilə Türkiyəyə getdiyini demişdi. Və Eldəniz bir neçə dəfə onlarla əlaqə saxlayaraq mağazalardan birində rus dili üzrə tərcüməçi işlədiyini deyibmiş.

"2014-cü ilin yanvar ayına qədər Eldənizin Suriyaya keçməsi və silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı məlumatım olmayıb. Elə bilirdik ki, Türkiyədədir. Çünki zəng vuranda bizə orada olduğunu deyirdi"-atası deyib.

L.Məmmədov ifadəsində göstərib ki, oğlu geri qayıtdıqdan sonra Bakıda ara-sıra ticarətlə məşğul olub. Sonra isə işləmək adı altında Ukraynaya gedib. Dörd ay oğlu ilə əlaqə saxlaya bilməyib. Sonradan Eldəniz özü zəng vuraraq atasına Suriyada olduğunu bildirib.

"Fərat çayında çimirdi, dedi bu çay Cənnətdən başlayır...."

Lazımın ifadəsindən: "Başa düşdüm ki, qaçıb silahlı birləşmələrə qoşulub. Ona acıqlandım, bu hərəkətinin düzgün olmadığını, orada baş verənlərin bir oyun olduğunu, onu aldatdıqlarını dedim. O, isə eyni şeyləri təkrarladı. Bu danışıqdan sonra Eldəniz bir dəqiqəlik video göndərdi. Videogörüntülərdə Fərat çayında çimdiyi görünürdü. Zəng vurub Fərat çayında çimdiyini, bu çayın başlanğıcını Cənnətdən götürdüyünü dedi. Yenə də acıqlanıb dedim ki, sənin Suriyada nə işin var, qayıt gəl. Mənə qulaq asmadı. Bu danışıqdan beş-altı ay sonra özü zəng vurub Türkiyədə olduğunu dedi"

Məhkəmənin hökmü ilə E.Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İŞİD-in və Suriyada, İraqda fəaliyyət göstərən digər terrorçu qruplaşmaların sıralarında döyüşən yüzlərlə Azərbaycan vətəndaşı öldürülüb. Onlardan bir qismi salamat Azərbaycana qayıtmağa nail olsalar da həbs ediliblər və uzunmüddətli cəzalara məhkum ediliblər.

mənbə: virtualaz.org


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1166   Tarix: 15 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870