Müdafiə Sənayesi Nazirliyi ləğv olundu - "Azərsilah" yaradıldı

Müdafiə Sənayesi Nazirliyi ləğv olundu - "Azərsilah" yaradıldıPrezident İlham Əliyev "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

BiG.AZ-ın məlumatına görə, fərmanda qeyd edilir ki, Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Prezidentinə:

-Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

-Cəmiyyətin İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

-Cəmiyyətin yenidən təşkili və ləğvi;

Nazirlər Kabinetinə:

bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Müəyyən edilir ki, cəmiyyət qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycan Respublikasında silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir; Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Nazirlər Kabinetinə tapşırılır ki, üç ay müddətində:

Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin; Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin Cəmiyyətin tabeliyinə verilməsi, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, onların fəaliyyətində səmərəliliyinin daha da artırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Cəmiyyətin balansına veriləcək aktivləri fəaliyyət profilinə uyğun olaraq təsnifləşdirsin, onun fəaliyyət istiqamətləri ilə uzlaşmayan və ya problemli aktivləri müəyyən etsin və beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin aktivlərin mərhələli şəkildə Cəmiyyətin balansından çıxarılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Cəmiyyətin tabeliyinə veriləcək müəssisələrin infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Prezidentinə məlumat versin;

Fərmanda nəzərdə tutulmuş gündən:

Müdafiə Sənayesi Nazirliyinin normativ hüquqi aktlarına münasibətdə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Cəmiyyətin təklifləri əsasında həyata keçirsin və nəticəsi barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; Müdafiə Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin və nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2522   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199