2019-cu ildə Azərbaycanı nələr gözləyir – PROQNOZ

2019-cu ildə Azərbaycanı nələr gözləyir – PROQNOZÖtən ilin yekunları göstərir ki, manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatımızdakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı idxalın həcmi birbaşa təsir göstərir.

BiG.AZ xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar bayramov bildirib. Onun sözlərinə görə, idxalın artması dollara tələbi yüksəldir.

Bu il manatın məzənnəsi necə dəyişəcək?

"2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi dinamakasına diqqət yetirəndə əsasən idxal artan aylarda dollar alışı yüksəlib. İdxalın artması fonunda dollara tələb də artıb.

Eyni zamanda idxalın artım dinamikası ilə büdcə xərcləmələri arasında da əlaqə var. Yəni, büdcədən çox xərcələnəndə, çox idxal olur və bu da dollara tələbi artırır. Çünki idxal etmək üçün dollar lazımdır.

Bu il dövlət büdcəsindən 25 milyard 190 milyon manat xərcləmək nəzərdə tutulub. 2018-ci ildə büdcə xərcləri 21 milyard 047 milyon manat proqnozlaşdırılmışdı.

Bu isə o deməkdir ki, büdcə xərcləmələri 2019-cu ildə ötən ilə nisbətən 17 faiz yüksək olacaq. Deməli, 2019-cu ildə neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq dollara tələb artacaq.

Bunun əsas səbəbi isə bu il idxalın artacağı ilə bağlı gözləntilərdir. Belə ki, valyuta hərraclarında satılan xarici valyutanın 90 faizindən çoxu idxal məqsədi ilə istifadə olunur. Hazırda yığım məqsədi ilə dolların alanların sayı əvvəlki illər ilə müqayisədə azdır.

Bu bir tərəfdən, dollarlaşma səviyyəsinin yüksək olması, yəni 2014-2016-cı illərdə yığımların əsasən dollarlaşması ilə bağlıdır. Digər tərəfdən isə, büdcə kanallarından kənar manat bazasının cüzi artması da dollara tələbi azaldır.

Bütövlükdə, valyuta bazarında büdcə xərcləmələri, idxal və dollara tələb arasında kəskin korelasiya var və manatın kursu təhlil edilən zaman bu faktorlar nəzərə alınmalıdır.

Təbii ki, bütün bu qiymətləndirmələr fonunda yenə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalır", - deyə V.Bayramov bildirib.

Pensiyalar necə indeksasiya olunmalıdır?

Ekspert deyir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2.9 faiz artıb:

"Bu ayda pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək.

Qeyd edim ki, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Əvvəllər də təklif etdiyim kimi, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir.

2018-ci ildə orta aylıq əmək haqqının 3 faiz ətrafında artacağı gözlənilsə də, əhalinin gəlirləri 9.2 faiz artıb. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir.

Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarınnı az olmadığını nəzərə alsaq pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı.

Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik. Əgər təklif etdiyim ki, pensiya əhalinin gəlirlərindəki artıma indeksasiya olunarsa o zaman indeksasiya nəticəsind pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər".

Avtomobillərin qiymətindəki artım davam edəcəkmi?

V.Bayramovun fikrincə, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir.

"Avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərməkdədir.

Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır.

Qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır. Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir.

Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq. Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər.

Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyildi".

Neftin dünya bazar qiyməti necə dəyişəcək?

"Brent markalı neftin bir barelinin yanvarın ilk 10 günündə dünya bazarında 60 dollardan baha satılması biznes dairələrində enerjinin qiymətlərinin daha da artacağına inam yaratsa da Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən qiymətin azalmasına səbəb oldu.

Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq hələlik yüksək qiymətlər real deyil. Neftin qiyməti azalanda Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır.

Digər tərəfdən də, 2019-ci il üçün qlobal iqtisadiyyat üçün proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major halları baş verməzsə bu il neftin qiyməti yüksək olmayacaq".

Avronun məzənnəsi necə dəyişəcək?

V.Bayramov deyir ki, ötən ilin sonunda Avropa Birliyi büdcəsi ilə bağlı əldə edilən razilaşma avroya nəfəs versə də hələlik avrozonadakı təzyiq tam aradan qalxmayıb:

"Avropanın bir sıra aparıcı ölkələrindəki siyasi etirazlar avroya təzyiq yaratmaqda davam edir. Bununla belə, Avropa Mərkəzi Bank 2019-cu ildə uçot stavkasına korrektlər etmək niyyətindədir. Bu isə o deməkdir ki, siyasi etirazlar sona yetdiyi haıda yenidən avronun məzənnəsində möhkəmlənmə müşahidə edilə bilər. Digər tərəfdən, bu il qlobal valyuta bazarında volatilliyin yüksək olacağı da proqnozlaşdırılır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1063   Tarix: 14 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447