Murad və Tunardan sənətçilərə qadağa

Murad və Tunardan sənətçilərə qadağa
Müğənni-bəstəkar Murad Arif sənətçilərə qadağa qoyub.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, ifaçı "Mash up" oxuyan ifaçılara xəbərdarlıq edib. O bildirib ki, bəstələrini "Mash up"a daxil etməsinlər:

"Hörmətli sənət dostlarım. Son zamanlar dəbə gəlmiş "Mash up" ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan keçirməyin. İnanıram ki, anlayışla qarşılayacaqsınız. Sonra video niyə "Youtube"də "blok" edildi soruşmayın.

Səbəblər isə: Adətən izinsiz edirlər. İstehsalat keyfiyyəti ürəyimcə olmalıdır. Bir temanın hazırlanmasına, sevilməsinə, 15-20 min manat pul xərcləyirəm. Yoğurmadı, yapmadı, hazırca kökə tapdı məsəli. Gələcəkdə, istədiyim formada öz mahnılarıma özüm meqamix etməyi düşünürəm".

Müğənni-bəstəkar Tunar Rəhmanoğlu da etirazını bildirərək "Düzgün. Mənim də bəstələrim istifadə olunub. Salamsız, kəlamsız, icazəsiz" deyib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 604 Tarix: 12.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol