Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR

Avstriya və Almaniyada soyuq havalar davam edir. Güclü qar səbəbindən avtomobil yollarında tıxaclar yaranıb, dəmiryol nəqliyyatının işində böyük fasilələr müşahidə olunur, məktəblər və uşaq bağçaları bağlanıb.

Avstriyalı metereoloqların dediklərinə görə, belə qar, çovğun və boranlar son 100 ildə ölkədə müşahildə olunmamışdı.

İsveçdə, ölkənin şimal rayonlarında boranlar tüğyan edir. Balkan yarımadasında güclü qar elektrik enerjisi ilə təminatda problemlər yaradıb.

Güclü qar və soyuq havalar Avropada artıq 21 nəfərin ölümünə səbəb olub.

Almaniyanın Bavariya bölgəsində vəziyyət xüsusilə ağırdır. Həyat faktiki olaraq "iflic" durumundadır.

Bavriyanın cənubunda və şərqində dəmiryol nəqliyyatı dayanıb. Avstriya ilə sərhədin yaxınlığındakı Bertehsqadendə yollardə hərəkət yasaqlanıb.

İsveçrədəki Santis-Şveqaop kurortundakı "Şveqalp" otelini qar basıb.


Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR
Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR
Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR
Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR
Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR
Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR
Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR
Avropa donur: qar dizə çıxır - VİDEO - FOTOLAR

mənbə: milli.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1051 Tarix: 12.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol