Kaka yenə evlənir - FOTOLAR

Kaka yenə evlənir - FOTOLAR
Braziliya futbolunun əfsanəsi Kaka yenidən evlənir.

BiG.AZ matç.az-a istinadən xəbər verir ki, ölkəsinin milli komandanın sabiq futbolçusu aktrisa Ana Karolina Dias Ferreyra ilə ailə həyatı qurur.

"Qızıl top"u qazanan sonuncu braziliyalı artıq 3 ildi məşhur xanımla münasibətdədi. Bir müddət sonra isə Kaka ilə Karolina da bunu KİV-də etiraf edib.

Bir sıra Braziliya seriallarının qəhrəmanı olan aktrisanın 31 yaşı var. O, həm də teleaparıcı kimi ölkəsində tanınır.

Bu, Kakanın ikinci evliliyi olacaq. Onun ilk həyat yoldaşı kilsədə çalışan xanım olub. Onların 10 illik evlilikdən iki uşaqları var.
Kaka yenə evlənir - FOTOLAR
Kaka yenə evlənir - FOTOLAR
Kaka yenə evlənir - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 970 Tarix: 12.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 12.01.2019
hmm lap yaxşı
həyatdı da :)