Salyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLAR

Salyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLARDaxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Qarabağlı kənd sakinləri Elman Dadaşov, Qalib Rəhimov və paytaxt sakini Rafiq Cavadov saxlanılıb.

E.Dadaşovun həyətində olan istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi olaraq əkilən və qulluq edilən 508 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Dadaşovun qonşuluğunda olan Q.Rəhimova məxsus istixanaya da baxış keçirilib. Oradan da eyni qayda ilə pomidor şitillərinin arasında əkilən 404 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri Maştağa qəsəbəsi sakini R.Cavadovun köməkliyi ilə 2018-ci ilin dekabr ayında satmaq niyyəti ilə əkdiklərini və onlara qulluq edərək yetişdirdiklərini bildiriblər. Araşdırma zamanı dəstə üzvlərinin narkotik tərkibli bitkilərin tez yetişməsi üçün istixanada olan havanın temperaturunu yüksək dərəcədə saxladıqları da məlum olub.

Qeyd edək ki, saxlanılan şəxslərin yaşadıqları evə baxış zamanı E.Dadaşovdan əlavə olaraq 450, Q.Rəhimovdan isə 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri onlara məxsus istixanalara ümumilikdəm 1500 ədəd çətənə toxumu əksələr də, onlardan 912 ədədi yetişib.

Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən olaraq əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Salyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLARSalyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLARSalyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLARSalyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLARSalyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLARSalyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLARSalyanda pomidor şitillərinin arasında narkotik yetişdiriblər - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 872   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 326
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

12:03 192
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 226
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 170
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 507
.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 281
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 581
.

İsrailin Rafah-a hücumları nəticəsində azı 8 fələstinli öldü

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rafah şəhərində müxtəlif nöqtələrə hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 fələstinlinin öldürülüb. Bu barədə Səhiyyə mənbələri məlumat yayıb. Məlumata görə, beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusu Rafahı

22.04.2024 237
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22.04.2024 331