Azərbaycanlı tanınmış ürəktutmasından VƏFAT ETDİ - FOTO

Azərbaycanlı tanınmış ürəktutmasından VƏFAT ETDİ - FOTO

Ötən gecə “Cümhuriyət” qəzetinin əməkdaşı Məzahir Aşırov dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, Məzahir Aşırov ürəktutmadan vəfat edib.

Məzahir Aşırov 1959-cu ildə Gürcüstanın Bolinisi rayonunda ziyalı ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Fəaliyyətini daha çox media sahəsində davam etdirib.

Belə ki, Məzahir Aşırov 2003-cü ildə Mətbuat Şurasında, daha sonra Demokratik Jurnalistlər Liqasının sədr müavini, eləcəd də "Yeni nəsil" Azərbaycan Jurnalistlər Birliyin layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb.

Sonuncu iş yeri olaraq isə “Cümhuriyət” qəzetində korrektor kimi fəaliyyət göstərib.

Məzahir Aşırov ailəlidir, bir qızı var.

Qeyd edək ki, mərhumun fevralın 6-da 60 yaşı tamam olacaqdı.

Allahdan rəhmət diləyirik!/“Cebhe.info”/
Azərbaycanlı tanınmış ürəktutmasından VƏFAT ETDİ - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2029 Tarix: 12.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol