Azərbaycanda ana və oğlu faciəvi şəkildə öldü

Azərbaycanda ana və oğlu faciəvi şəkildə öldü

Sumqayıt şəhəri Corat qəsəbəsində dəm qazı iki nəfərin ölümünə səbəb olub.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Məlumata görə, ölən şəxslər bir ailənin iki üzvü - 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və övladı 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğludur.

İlkin ehtimallara görə, onlar evdə yatdıqları yerdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 658 Tarix: 12.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol