Azərbaycanda dəhşətli hadisənin qurbanı olan 22 yaşlı Nüsrətin FOTOLARI

Azərbaycanda dəhşətli hadisənin qurbanı olan 22 yaşlı Nüsrətin FOTOLARI
Dünən axşam saatlarında Şəmkir rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Rayonun Yeniabad kəndi ərazisində aşan "Mercedes E-Class" markalı minik avtomobilində ölən sürücü, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadə və 1996-cı ildə anadan olmuş Raul İsazadə Keçili kəndinin sakinləri olublar.

Belə ki, onlar Dağ Cəyir kəndindəki yas mərasimindən geri - Keçili kəndinə qayıdarkən Yeniabad ərazisində qəzaya düşüblər. Yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxıb və yolun kənarındakı ağaca dəyərək aşıb. Hər iki gənc faciəvi şəkildə vəfat edib.

Bildirilir ki, avtomobil qəzaya düşməzdən əvvəl yol kənarındakı "Ocaq" restoranının kamerasına düşüb və yüksək sürətlə idarə edilirmiş.

Qəzada vəfat edən gənclər subay olub, onlar bu gün kənd qəbiristanlığında dəfn ediləcəklər.

Dəhşətli hadisədə vəfat edən sürücü, 22 yaşlı Nüsrət Rzazadənin bəzi fotolarını təqdim edirik.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (publika.az)
Azərbaycanda dəhşətli hadisənin qurbanı olan 22 yaşlı Nüsrətin FOTOLARI
Azərbaycanda dəhşətli hadisənin qurbanı olan 22 yaşlı Nüsrətin FOTOLARI
Azərbaycanda dəhşətli hadisənin qurbanı olan 22 yaşlı Nüsrətin FOTOLARI

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4484 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 11.01.2019
Allah rəhmət etsin
həyatdı da :)