"Donuz qripi" Ermənistanda da can aldı

"Donuz qripi" Ermənistanda da can aldı

Ermənistanda "donuz qripi"ndən ölüm halı qeydə alınıb.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Artavazd Vanyan deyib.

O bildirib ki, ölən qadında müxtəlif xroniki xəstəliklər də aşkarlanıb. Bundan əvvəl qripdən bir uşağın ölməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, direktor laborator analizlər nəticəsində hər hansı virus infeksiyasının aşkar edilmədiyini vurğulayıb.

A.Vanyan qeyd edib ki, hazırda stastionar müəssisələrdə 693 nəfər qripdən müalicə alır, onlardan bəzilərinin vəziyyəti ağırdır: "Qriplə əlaqədar olaraq uşaq xəstəxanaları gücləndirilmiş rejimdə çalışır".

O əlavə edib ki, Ermənistanda əsasən A tipli, yəni H1N1 qripi yayılıb: "Poliklinikalara 1251 nəfər müraciət edib".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 187 Tarix: 11.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 11.01.2019
olsunda əşşi ))
zor ))