Rusiyadan dollara qarşı böyük həmlə

Rusiyadan dollara qarşı böyük həmlə
Rusiyanın Milli Bankı 2018-ci ilin ikinci rübündə 100 milyard dollarlıq ehtiyatını yuan və avroya çevirdiyini bildirib.

BiG.AZ olke.az-a istinadən xəbər verir ki, dolların Rusiyanın valyuta ehtiyatlarındakı payı tarixinin ən aşağı səviyyəsinə qədər düşüb.

Rusiyanın beynəlxalq valyuta ehtiyatlarında dolların payı ötən ilin ikinci rübündə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 24.4 xal geriləyərək 21.9%-ə enib. Avronun payı isə 6.9 xal artıb. Yuanın da xarici valyuta ehtiyatındakı payı 0.1 xal artıb.

Rusiyanın baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov bir müddət əvvəl açıqlama verərək ölkədəki neft və qaz şirkətlərinin ödəmələrindəki dolların payını azaltmağa dair planlarını yaxın günlərdə hökumətə təqdim edəcəklərini demişdi. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də maliyyə nazirliyi ilə Milli Bankın ölkə iqtisadiyyatını dollarsızlaşdırmaq üçün müxtəlif addımlar atacağını bildirmişdi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 744 Tarix: 11.01.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol