Tomas de Vaal: Qarabağ üzrə sülh prosesi yenidən başlaya bilər

Tomas de Vaal: Qarabağ üzrə sülh prosesi yenidən başlaya bilər
“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir”.

BiG.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal deyib.

O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini bildirib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”.

Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 215 Tarix: 11.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol